Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti geniş tərkibdə videokonfransı keçirilib

06.08.2020

6 avqust 2020-ci il tarixində regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev müəssisələrin fəaliyyətindən danışaraq elektron xidmətlərin keyfiyyətinin artırılması, müəssisələrin mütəmadi olaraq dezinfeksiya edilməsi, sosial yardıma ehtiyacı olanlara yardımların göstərilməsi, koronavirusla (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunmasını xüsusi olaraq vurğulayıb.
Daha sonra mədəniyyət rayonlar üzrə nümayəndələr və müəssisə rəhbərlərinin təklifləri dinlənlib.
Sonda mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə edildi və tapşırıqlar diqqətə çatdırıldı.

 

74.5 KB

 

31.9 KB