Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“17 noyabr – Dirçəliş Günü”nə həsr edilmiş tədbir keçirilib

22.11.2021

Xaçmaz rayon Heydər Əliyev mərkəzində Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə 17 noyabr – Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdən öncə Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin rəsm sərgisinə baxış keçirilib. Daha sonra tədbirin aparıcısı 17 noyabr – Dirçəliş Günü ilə əlaqədar tədbir iştirakçılarına məlumat verdi.

Tədbir məktəbin müəllim və şagird heyyətinin ifasında konsert proqramı ilə davam etdi.

 Məktəbin xanəndə müəllimləri Nurlan Zeynalov və Araz Məlikovun ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa edildi, məktəbin ikinci sinif şagirdi Hacızadə Lamiyə “Sevindi Qarabağ”  şeirini səslədnirdi. Tədbirdə həmçinin məktəbin müəllimlərdən ibarət ansamblı, xor kollektivi, musiqi və xareoqrafiya şöbələrinin şagirdlərinin çıxış etdi.