Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər sənindir, Azərbaycan əsgəri!

03.11.2021

2 noyabr 2021-ci il  tarixində Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və Gənclər filialının birgə təşiklatçılığı ilə “8 Noyabr - Zəfər  Günü” nə həsr olunmuş “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı tədbir keçirdi.

            Azərbaycanın Dövlət Himni səsləndikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.

            Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının müavini Günel Nürəddinova, Xaçmaz Rayon Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət müəssisələrinin rəhbərləri, qazilər, şəhid ailələri və digər qonaqlar iştirak etdi.

            Tədbirin bədii hissəsində fəal oxucuların ifasında “Ağlama şəhid anası”, “Zəfər bayrağı”, “Şəhidin səsi” və s. şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiya, rəqslər, 44 günlük zəfər tariximizi əks etdirən videoçarx  nümayiş olundu.

            Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının müavini Günel Nürəddinova, Xaçmaz rayon MKS-nin Uşaq Şöbəsinin müdiri Günay Məsimova, qazi Tariyel Didarov və digərləri şəhidlərimizə Allahdan rəhmət,  ailələrinə səbr diləyib  44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açdılar. Onların hər birinin  bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etdilər.  Tədbirdə Elvin Ağayevin ifasında  “Vətənim Azərbaycan” musiqisi  ifa olundu.

            Daha sonra şəhidlərin və qazilərin övladları şeirlər səsləndirdilər. Gənc rəssam Aytən Fərzəliyevanın çəkdiyi şəhidlərin şəkilləri analara təqdim olundu.

            Sonda qazilərimizə, şəhid analarına və övladlarına xatirə hədiyyələri təqdim olundu.