Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran Xalq Teatrı “Xarıbülbül” tamaşasını təqdim edib

20.10.2021

Oktyabrın 20-də Şabran Xalq Teatrı “Xarıbülbül” tamaşasını təqdim edib.

Tamaşa Vətən müharibəsində qazanılan Zəfərin ildönümü münasibətilə səhnələşdirilib. Tamaşanı izləyənlər arasında Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Şabran rayon İcra Hakimiyyəti Başçısının müavini İlkin Ağayev, idarənin, həmçinin mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri və qazilər də olub.

Tamaşadan sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov tamaşa haqqında fikirlərini bölüşüb, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı böyük Zəfərdən danışıb.

Vətən müharibəsi şəhidi Urfan Orucovun anası Şərqiyə Orucova çıxış edərək bu kimi tədbirlərin əhəmiyyətindən danışdı və gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsindəki  rolunu xüsusi vurğladı.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aybəniz Əliyarın eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın rejissoru Cabir Əmrahovdur.

“Xarıbülbül” tamaşası Vətən müharibəsində qazanılan şanlı Qələbəni özündə əks etdirir. 45 dəqiqəlik səhnə əsərində müharibə vaxtı ön və arxa cəbhədə baş verənlər, eyni amal uğrunda Azərbaycan xalqının yumruq tək birləşməsi əks olunub.

Tamaşanın hazırlıqlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın teatrların fəaliyyətinin bərpa edilməsinə icazə verilməsi ilə bağlı qərarından sonra başlanılıb. Hazırlıqlara 20-yə yaxın aktyor və texniki heyət cəlb edilib.