Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Dövlət Müstəqilliyinin Bərpası gününə həsr olunmuş tədbir keçirilib

19.10.2021

18.10.2021–ci il tarixində H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Dövlət Müstəqilliyinin bərpası gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Təbir Azərəbaycan Respublikasının Dövlət Himni ilə açıldı və 1 dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsi yad edildi.

Tədbiri giriş sözü ilə H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov açaraq tədbir iştirakçılarını Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə təbrik etdi. O bildirdi ki, Azərbaycan xalqı dövlət müstəqilliyini əsrimizin əvvəlində əldə edib. 1918-ci ildə ölkəmizdə ilk demokratik Respublika yaranıb, Azərbaycan müstəqil dövlət olubdur. Sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində Azərbaycan xalqı milli azadlığından, dövlət müstəqilliyindən, milli-mənəvi ənənələrindən məhrum olmuşdur. Ancaq sonrakı dövr Azərbaycan xalqının böyük inkişaf dövrü olmuşdur. Xalqımız maariflənmiş, Azərbaycan elmi, mədəniyyəti, təhsili yüksək sürətlə inkişaf etmiş, respublikamızda güclü iqtisadi potensial yaranmışdır.II Qarabağ müharibəsi zamanı 44 günlük döyüş yolu bu müstəqilliyimizin əbədiliyini bir daha təsdiq elədi.

Daha sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirdi ki, Müstəqil Azərbaycan Respublikası ötən 30 il ərzində böyük sınaqlardan keçmişdir. Müstəqilliyimizin möhkəmlənməsinə mane olan qüvvələr həm xaricdə, həm də daxildə mövcud olmuşdur. Onların qarşısını almaq, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək ən əsas vəzifə olmuşdur. Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, ötən 30 il ərzində, xüsusən son illərdə respublikamızın dövlət müstəqilliyi gündən-günə güclənmiş, Azərbaycan dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurmuş, sazişlər imzalamış, beynəlxalq təşkilatlarda öz sözünü, mövqeyini daim açıq-aydın bildirmişdir. Dövlət Müstəqilliyinin qorunub saxlanılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edilmişdir. Bu isə əsası Ulu öndər HeydərƏliyev tərəfindən qoyulan və bugün cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu və uzaqgörən siyasətin nəticəsində mümkün olmuşdur.

Tədbir Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx nümayiş olundu. Elvin Ağaliyev ifasında “Torpağın səsi” mahnısı səsləndirildi. Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid ailələri birliyinin Xaçmaz filialının sədri Şövlət Dadaşov çıxış etdi. Şair Telman Gülər Təravət vətənpərvərlik mövzusunda müəllifi olduğu “Azərbaycan bayrağı” şerini səsləndirdi. Vətən müharibəsi iştirakçısı, qazi Tariel Didarov çıxış edərək keçdiyi döyüş yolundan danışdı, gənclərin daim hərbi-vətənpərvərlik ruhuna köklənməsinin vacibliyini vurğuladı. Tədbir Elvin Ağaliyev ifasında       “Torpağın səsi” mahnısı ilə sona çatdı.