Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş “Müstəqilliyimiz əbədidir” mövzusunda videokonfrans keçirilib

19.10.2021

Videokonfransı giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının müavini Günel Nurəddinova bu əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik etdi və müstəqilliyimizin bərpasının 30 il ərzində keçdiyi şərəfli yol barədə ətraflı məlumat verdi.

Daha sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirdi ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Konfransda YAP Xaçmaz Rayon Təşkilatının aparat rəhbəri Fazil Rəhmətov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Xaçmaz Rayon Gənclər İdarəsinin rəisi Elman Məmmədov, Xaçmaz Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, YAP Xaçmaz Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fərid Musayev, Xaçmaz şəhər 6 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Lalə Hüseynova və gənc müəllim Nigar Məmmədova çıxış edərək Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin daha böyük uğurlara imza atacağı vurğulanmışdır.