Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaliblərə mükafatlar təqdim edilib

06.10.2021

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş rəsm və əl işləri üzrə gənc rəssamların respublika müsabiqəsində yüksək nəticə əldə etdiyinə görə Mədəniyyət Nazirliyi tərəfindən Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhər Uşaq İncəsənət məktəbinin şagirdi Quliyeva Fatimə İlqar qızı III dərəcəli diplom və həmin müsabiqəyə yüksək səviyyədə şagird hazırladığına görə Quba şəhər Uşaq İncəsənət məktəbinin müəllimi Məmmədov Sadiq Faiq oğlu Fəxri Fərman ilə təltif edilmişdir.

6 oktyabr 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov qaliblərə diplom, fəxri fərman və hədiyyələri təqdim etdi, onlara gələcək fəaliyyətində uğurlar arzuladı.