Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“5 oktyabr – Beynəlxalq Müəllimlər günü”nə həsr edilmiş onlayn tədbir keçirilib

05.10.2021

5 oktyabr – Beynəlxalq Müəllimlər günü ilə əlaqədar Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə onlayn tədbir keçirilib. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərinin direktorları və müavinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və uğurlar arzulayıb. İdarə rəisi bildirdi ki, bu gün xalqımızın həyatında çox xoş və əlamətdar bir gündür. 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü dünyanın bütün mədəni və mütərəqqi xalqlarının həyatına əlamətdar və mühüm tarixi bir gün kimi daxil olub. Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. Azərbaycan xalqı bu gözəl, şərəfli bayramı böyük sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edir. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək, dövlətin güclü silahı olan elmi inkişafdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən atılan addımlar bu sahənin daha da inkişafına yönəlmişdir. İyirmi birinci yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycan da təhsilini dünya səviyyəsində qurur.

İdarə rəisi qeyd edib ki, regionda 8 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə çalışan 600-ə yaxın müəllim tərəfindən 2500-dən çox şagirdə fortepiano, tar, qarmon, nəzəriyyə, rəssamlıq, rəqs və s. ixtisaslar böyük həvəs və peşəkarlıqla aşılanır.

Daha sonra çıxış edənlər bu əlamətdar günü münasibətilə təbriklərini söylədi, ölkəmizdə elmə, təhsilə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlıqlarını bildirdilər.