Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

5 oktyabr - Beynəlxalq Müəllimlər günü

05.10.2021

Müəllim - əsrlər boyu cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır.

Hörmətli müəllimlər,

Xaçmaz Regional Mədəniyyət İdarəsi, Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edir, sizə can sağlığı, xoşbəxt həyat və fəaliyyətinizdə uğurlar arzu edir.