Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər yürüşü” adlı ədəbi–bədii kompozisiya keçirilib

30.09.2021

28 sentyabr 2021–ci il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Zəfər yürüşü” adlı ədəbi–bədii kompozisiya keçirilib. Tədbir Azərəbaycan Respublikasının Dövlət Himni ilə açıldı və 1 dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsi yad edildi. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının müavini Günel Nurəddinova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirin aparıcısı Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında mübariz Azərbaycan ordusunun qazandığı qələbədən, Zəfər tariximizdən, Şanlı qələbəyə gedən yolda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından – qanından keçən mərd, qəhrəman oğullarımızın rəşadətli döyüş yolundan danışdı .

Sonra 44 günlük Zəfər tariximizi əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirdə Xaçmaz Xalq Teatrının aktyoru Elçin İbrahimovun ifasında Nəriman Həsənzadənin “Azərbaycan” şeri, Məktəblilərin ifasında “Salam şəhid anası” şeri, Dilarə Rüstəmovanın ifasında “Zəfər yolu” şeri, Hacıbaba Axundov ifasında “ Azərbaycan - Türk ordusu” , Tahir Yəhyayevin ifasında “ Zəfərin mübarək sənin ay Vətən” şerləri səsləndirildi.

H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin “ Xəzər” instrumental ansamblının bədii rəhbəri Xanlar Baxışov və Mədəniyyət Mərkəzinin bədii rəhbəri Vüqar Nəsrullazadə “Sarı gəlin” mahnısını, Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin müəllimi Babək Əlisultanov “ Xudayar “ təsnifini, Saleh Novruzov “Qarabağ şikəstəsi”ni ifa etdi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Rauf Ağakişiyev “ Qarşınızda hər zaman sayqı duruşundayız ” adlı şer ilə çıxış etdi.

Tədbir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarına həsr olunmuş videoçarxla başa çatdı.