Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Heydər Əliyev Mərkəzində ”Zəfərə gedən yol - milli birlik və həmrəylik” mövzusunda konfrans keçirilmişdir

24.09.2021

24 sentyabr 2021-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsinin birinci ildönümü münasibətilə Qusar rayon İcra Hakimiyyəti və Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Zəfərə gedən yol - milli birlik və həmrəylik" mövzusunda konfrans keçirilmişdir. Konfrans öncəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi yad edilərək rayon şəhidləri haqqında videoçarxa baxış keçirilmişdir. Tədbiri giriş sözü iə açan rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyət gəlişindən sonra respublikamızda aparılan ordu quruculuğu, Qarabağ probleminin dünya müstəvisində həlli ilə bağlı həyata keçirdiyi işlərdən və bu siyasi proseslərin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı danışdı. Vətən Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Tural Hüseynov Vətən Müharibəsində qusarlıların iştirakına toxunaraq dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan bəhs etdi. Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov, İkinci Qarabağ Müharibəsinin şəhidi Sənan Zamanovun atası Qahir Zamanov, şəhid Ağa Ağayevin bacısı Nargilə Ağayeva, qazi Talıb Novruzbəyov Qarabağ münaqişəsinin Zəfərlə bitməsində gənclərimizin vətənpərvərlik və dövlətçilik duyğuları ilə tərbiyə olunmasının əsas amil olduğunu qeyd etdilər. Onlar doğmalarının bu Qələbədə verdikləri töhfələrə görə qürur duyduqlarını, Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna daima dəstək olacaqlarını vurğuladılar. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və şəhid ailələri ictimai birliyinin Qusar filialının sədri Canəli Hörmətov dövlətimiz tərəfindən şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərdən danışdı. Konfrans məktəb şagirdlərinin bədii kompozisiyası və videoçarxın nümayişi ilə sona yetdi.