Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev siyasəti – zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirilib

13.08.2021

     13 avqust 2021-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə “Heydər Əliyev siyasəti – zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirilib.

     Tədbirdə Mərkəzin könüllüləri  Nəzrin Əsgərovanın, Ağaxan Paşayevin , Reyhan Xəlilovanın  və Şabran rayon MKS-nin Uşaq Şöbəsinin hazırladığı əl işlərindən və rəsmlərindən ibarət sərgi nümayiş olunmuşdur. Tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, ”Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva,  rayon ziyalıları və mədəniyyət işçiləri iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları ümumilli lider Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzmüşlər.

     Daha sonra Mərkəzin direktoru Təvəkgül Əliyev qonaqlara Ulu öndərin zəngin həyat və fəaliyyəti haqqında məlumat vermiş, sərgilərlə tədbir iştirakçıalrını tanış etmişdir, Xaçmaz Xalq Teatrının aktyorlarıının ifasında şerlər səsləndirilmiş və Mərkəzin 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur. Şabran rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlkin Ağayev çıxış edərək bildirmişdir ki , istifadəyə verildiyi  gündən Şabran rayon Heydər Əliyev Mərkəzində müxtəlif vaxtlarda maraqlı tədbirlər həyata keçirilmiş,rayonda yaşayan gənclərin vətənpərvər ruhda inkişaf etməsi üçün Mərkəzdə maarifləndirici işlər görülmüşdür.

       Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxış edərək qeyd etmişdir ki, Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında Heydər Əliyev Mərkəzləri ideoloji fəaliyyət məkanı olmaqla yanaşı həm də muzey tipli müəssisələrdir. Bu Mərkəzlərdə Ümummilli liderin zəngin həyat və fəaliyyəti təbliğ olunur və mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu gün bu zalda nümayiş etdirilən sərgidən də bir daha gördük ki, yetişən gənc nəsil sağlam ruhda olan gənclikdir. Onların sərgilədiyi rəsmlərdən biz bir daha bunun şahidi olduq. Hesab edirəm ki, belə tədbirlərin keçirilməsi bölgəmizdə olan gənclərin istedadının üzə çıxarılması üçün yeni bir imkanlar yaradır. Bu sərginin məhz böyük şəxsiyyətin adını daşıyan Şabran rayon Heydər Əliyev Mərkəzinin 10 illik yubileyi ilə bir vaxta qeyd olunması isə çox gözəl təsadüfdür. Mərkəzin kollektivini təbrik edən idarə rəisi onlara gələcək fəaliyyətində uğurlar arzulamışdır.

    Daha sonra digər qonaqlar da çıxış etmiş və sonda Ulu Öndərin “Azərbaycan” şerini söyləməsini əks etdirən videoçarx nümayiş olunmuşdur.