Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kəndlərdə Mədəniyyət Günləri” layihəsinin növbəti ünvanı Siyəzən rayonunun Məşrif kəndi oldu

06.08.2021

     6 avqust 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Kəndlərdə Mədəniyyət Günləri” layihəsi çərçivəsində Siyəzən rayonunun Məşrif kəndində “Vətənimin seyrinə çağırıram elləri“ adlı musiqili ədəbi-bədii tədbir keçirilmişdir. Məşrif, Qalaaltı və Qozağacı kənd klub və kitabxanalarının birgə təşkil etdiyi tədbirdə kəndlərin adət-ənənənəsi, sənətkarlıq, mətbəx nümunələri, rəsm və əl işləri, həmçinin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin, Aşıq Ələsgərin əsərlərindən ibarət kitab sərgisi nümunələri nümayiş olundu. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət işçiləri, Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Kənan Əliyev, Vətən müharibəsi şəhidi Elməddin Məhərrəmovun, Firuz Cəlilovun ailə üzvləri, Vətən müharibəsinin qazisi Yusifov Sənan, müharibə iştirakçısı polkovnik Vasif Məmmədov, kəndin ziyalıları və ağsaqqalları iştirak edirdi.

     Çıxışlarda şanlı ordumuzun torpaqlarımızı  işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığı qeyd edilib.

      Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxışında bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd gələcək nəsillərə vətənpərvərlik hissini aşılamaqdır.Gələcək nəsillər bilməlidir ki,azərbaycan xalqı dünya miqyaslı,çox güclü bir xalqdır.Başda Ali Baş komandan, Cənab Prezident İlham Əliyev olmaqla qazilərimiz, şəhidlərimiz hesabına biz bu qələbəni qazanmışıq.

     Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar,şerlər səsləndirildi. Gənc rəssamların çəkdikləri rəsm əsərləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.