Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“2 Avqust – Azərbaycan Kinosu Günü”nə həsr edilmiş tədbir keçirilib

03.08.2021

2 avqust 2021-ci il tarixində Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı ilə Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “2 Avqust – Azərbaycan Kinosu Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Tədbirdə çıxış edənlər ölkəmizdə kino sənətənin yaranma və inkişaf tarixindən, bu sahəyə göstərilən dövlət qayğısından danışıblar. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur və bugün Azərbaycan kinosu 123 yaşını qeyd edir.

        Tədbirdə Xaçmaz rayonunda çəkilən filmlərdən fraqmentlər, Xaçmazlı aktyor Nadir Əsgərov (Nuruşbala) haqqında sujet, Xaçmazlı kinorejissor Asif Abramovun çəkdiyi film və seriallardan frqamentlər, həmçinin həmin filmlərdə rol almış Xaçmazlı aktyorlar haqqında kadrlar nümayiş etdirildi.