Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Pirəbədil kəndində “Zəfər bayramın mübarək Azərbaycan!” adlı tədbir keçirilib

29.07.2021

     29 iyul 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində Şabran rayon Pirəbədil kəndində “Zəfər bayramın mübarək Azərbaycan!” adlı tədbir keçirilib.

     Tədbir iştirakçıları öncə Vətən müharibəsi iştirakçılarına həsr olunmuş sərgi və geyim nümunələri, həmçinin rəsm və əl işləri, yerli mətbəx nümunələrindən ibarət sərgilərlə tanış oldular.

     Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə start götürən bu layihə bölgədə yaşayıb-yaradan sənət adamlarının tarixi zəfərimizlə bağlı hazırladıqları incəsənət nümunələrinin nümayişindən ibarətdir. Çıxış edənlər şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığı qeyd edib.Tarixi qələbəmizin böyüməkdə olan nəsil tərəfindən öyrənilməsində incəsənət əsərlərinin də mühüm rol oynadığı bildirilib.Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxışında qeyd edib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd gələcək nəsillərə vətənpərvərlik hissini aşılamaqdır. Gələcək nəsillər bilməlidir ki, Azərbaycan xalqı dünya miqyaslı, çox güclü bir xalqdır. Bu özünü 44 günlük Vətən müharibəsində bir daha göstərdi Başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla bütün bizim qazilərimiz, şəhidlərimizin hesabına biz bu qələbəni qazanmışıq.

     Tədbirdə vətənpərvərlik mövzusunda ifalar, şerlərlə səsləndirilib. “Xınayaxdı” xalq folklor kollektivi, Şabran Xalq teatrının çıxışları maraqla qarşılanıb.