Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz, Siyəzən və Şabran rayonlarında Vətən Müharibəsi Şəhidlərinin ailələri ziyarət edilib

17.07.2021

17 iyul 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov “Qurban bayramı” münasibətilə Vətən Müharibəsi Şəhidləri – Xaçmaz rayonu Çiləgir kəndində İkram Məmmədov, Müşfiq kəndində Cabar Əkbərov, Xaçmaz şəhərində Elşən Ağasiyev, Siyəzən şəhərində Samir Muradov, Seyfəl Rəfiyev və Şabran şəhərində Tərlan Kərimov, rayonun Sincanboyad kəndində Nurlan Nurməmmədovun ailələrini ziyarət edib. Ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Qeyd olunub ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcudur. Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlarla söhbətlər aparılıb. İdarə tərəfindən şəhidlərin ailələrinə maddi yardım və mənəvi dəstək göstərilmiş və bu dəstəyin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir.

Qeyd edək ki, bugün həm də Xaçmaz rayon Müşfiq kəndindən Vətən Müharibəsi Şəhidi Cabar Əkbərovun doğum günüdür.