Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba və Qusar rayonlarında Şəhid ailələri ziyarət edilib

16.07.2021

16 iyul 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov "Qurban bayramı” münasibətilə Vətən müharibəsi şəhidləri - Quba rayonu Zizik kəndində Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov, Qımıl kəndində Nuran Mirzəyev və Qusar şəhərində Ruslan Cəfərov, rayonun Həsənqala kəndində Orxan ismayılovun ailələrini ziyarət edib. Ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılmış, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilmişdir. İdarə tərəfindən şəhidlərin ailələrinə maddi yardım və mənəvi dəstək göstərilmiş və bu dəstəyin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir.

Qeyd edək ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən Şəhid Ş.Allahyarovun valideyni Nərgiz Allahyarova Zizik kənd kitabxana filialında və Şəhid Nuran Mirzəyevin valideyni Akif Mirzəyev Küpçal kənd kitabxana filialında işlə təmin edilmişdir.