Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Kəndlərdə Mədəniyyət Günləri” layihəsi çərçivəsində növbəti tədbir Siyəzənin Sədan kəndində keçirilib

16.07.2021

16 iyul 2021-ci il tarixində Siyəzən rayonunun Sədan kəndində “Vətənimin seyrinə çağırıram elləri” musiqili kütləvi tədbir keçirilmişdir. Sədan, Eynibulaq və 2 saylı şəhər klubunun kənd klub və kitabxanalarının birgə təşkil etdiyi tədbirdə kəndlərin adət-ənənənəsi, sənətkarlıq, mətbəx nümunələri, həmçinin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin, Aşıq Ələsgərin əsərlərindən, hərbi vətənpərvərlik haqqında kitab sərgisi nümunələri nümayiş olundu. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayonu üzrə nümayəndəsi Zəminə Qədirli, müəssisə rəhbərləri, mədəniyyət işçiləri, şəhid Məmmədov Ruslan, Əlməmmədov Kamran, Əlməmmədov Fəyyaz, Eldarov Eldar, Səfərov Əlirza, Rəhimov Elmanın ailə üzvləri, qazilər Qəribli Şaban, Bağırov Araz, Cəbiyev Elşən, Əzimov Bilal, Abbasov Əlibaxış, kəndin ağsaqqaları 99 yaşlı kitabxananın fəal oxucusu Qəribov Dəmir, Muradov Böyükağa, Qəribov Fərman, Vəliyev Məhərrəm, Siyəzən rayon İcra Hakimiyyətinin Sədan və Eynibulaq kəndlərinin İƏD üzrə nümayəndələri Fərid Zeynalov, Sarvan Dadaşov, Sədan kənd bələdiyyə sədri Turab Əskərov, Siyəzən rayon Polis şöbəsinin nümayəndələri və müavini polis palkovnik leytinantı Soltan müəllim, kəndin ziyalıları Məmmədova Tamara, Bayramova Jalə, Cabbarov Böyükağa, Salahov Novruz, Qəribov Şakir, həmçinin uzun müddət Mərkəzi Kitabxanada işləmiş müəllim Məcid Əliyev, Siyəzən ədəbi “Dübrar” yazarlarının üzvləri Siyəzən rayon “Çıraq” qəzetinin müxbiri və yazıçı, şairə Reyhan Muradova, şairə xanım Nailə İsbatova (Cavadova),  şairə xanım Sədaqət, yazıçı, şair müəllim Çingiz Əliyev (Dağlı), şair Amin Muradzadə, yazıçı, şair İsmayıl Muradzadə (Sədanlı) iştirak edirdi.Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar ifa edildi.

 

45.5 KB

 

44.6 KB

 

46.8 KB