Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Kəndlərdə Mədəniyyət Günləri” layihəsinin növbəti ünvanı Xaçmazın Niyazabad kəndi olub

15.07.2021

13 iyul 2021-ci il tarixində Xaçmaz rayonu Niyazabad kəndində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə  “Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi və Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Sənə zəfər yaraşır, Azərbaycan!” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi, rəsm və əl işləri, yerli mətbəx nümunələrindən ibarət  sərgilərlə tanış oldular. Niyazabad kənd Folklor evinin Tat folklor kollektivinin çıxışı maraqla izlənildi.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, mədəniyyət işçiləri, kənd ağsaqqalı Nazim Mövlanov, Niyazabad kənd orta məktəbinin müəlliməsi  Dilda Mövlanova, şəhid Elvin Qayıbxanovun valideynləri, qazilər, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazbad İƏD-i üzrə nümayəndəsi Oqtay Əhmədov, Xaçmaz rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları ilə iş şöbəsinin əməkdaşı Elşən Ağayev, “Xaçmaz” qəzetinin əməkdaşı Ələsgər  Gəncəli, Birinci Qarabağ müharibəsi qazisi Rəcəb Qafarov, N saylı hərbi hissənin nümayəndəsi, şair Telman Gülər Təravət və başqaları iştirak edirdi.

Tədbirdə çıxış edənlər – Niyazabad kənd Folklor evinin direktoru Fərhad Qafarov, kənd ağsaqqalı N.Mövlanov, Niyazabad kənd orta məktəbinin müəlliməsi  D. Mövlanova, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazabad İƏD-i üzrə nümayəndəsi O.Əhmədov, Xaçmaz rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları ilə iş şöbəsinin əməkdaşı E.Ağayev, “Xaçmaz” qəzetinin əməkdaşı Ə. Gəncəli, Birinci Qarabağ müharibəsi qazisi R. Qafarov, N saylı hərbi hissənin nümayəndəsi və şair T. G. Təravət bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi V. Hüseynov çıxışında bildirdi ki, belə tədbirlərin keçirilməsinə məqsəd gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir. 44 günlük Vətən müharibəsində ordumuz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdi. Biz bu gözəl günlərə görə başda Ali Baş Komandanımız olmaqla şəhidlərimizə, qazilərimizə, ordumuza borcluyuq. Layihənin qarşıdakı günlərdə də davam edəcəyini vurğulayan idarə rəisi bildirdi ki, bu kimi tədbirlər kəndlərdə mədəni abu-havanın yüksəlməsində, insanların asudə vaxtının səmərəli təşkilində, kəndlərin adət-ənənələrinin, mətbəxinin yaşadılmasında böyük rol oynayır.

Tədbirdə “Gətirin bayrağı” kompozisiyası və Xaçmaz Xalq teatrının Nizami Gəncəvi ilinə həsr edilmiş çıxışı nümayiş olundu. Gənc ifaçılar Elvin Ağəliyev, Ramin Hüseynov və Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin tar müəllimi Afiq Fətəliyev vətənpərvərlik mövuzusunda mahnılar ilə çıxış etdilər.

Tədbir güc pəhləvanı Xəlilulla Süleymanovun bir-birindən maraqlı çıxışları ilə başa çatdı.

 

64.8 KB

 

44.4 KB

 

52.7 KB