Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kəndlərdə Mədəniyyət Günləri” layihəsi davam edir

09.07.2021

Növbəti belə tədbir 9 iyul 2021-ci il tarixində Quba rayonu Bağbanlı qəsəbəsində “Tarixi zəfərimizin incəsənətdə tərənnümü” mövzusunda keçirilib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə start götürən bu layihə bölgədə yaşayıb-yaradan sənət adamlarının tarixi zəfərimizlə bağlı hazırladıqları incəsənət nümunələrinin nümayişindən ibarətdir. Layihə çərçivəsində Qubanın Bağbanlı qəsəbəsində baş tutan tədbirdə incəsənət adamları,bədii kollektivlərlə yanaşı 44 günlük Vətən müharibəsinin iştirakçıları,qazilər və şəhid ailələrinin üzvləri də iştirak edib.Çıxışlarda şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığı qeyd edilib.Tarixi qələbəmizin böyüməkdə olan nəsil tərəfindən öyrənilməsində incəsənət əsərlərinin də mühüm rol oynadığı bildirilib.Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxışında  ayihə çərçivəsində anoloji tədbirlərin bölgənin digər rayonlarında da təşkil ediləcəyi vurğulayıb. İdarə rəisi qeyd edib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd gələcək nəsillərə vətənpərvərlik hissini aşılamaqdır. Gələcək nəsillər  bilməlidir ki, Azərbaycan xalqı dünya miqyaslı, çox güclü bir xalqdır. Bu özünü 44 günlük Vətən müharibəsində bir daha göstərdi Başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla bütün bizim qazilərimiz, şəhidlərimizin hesabına biz bu qələbəni qazanmışıq.

Daha sonra tədbir vətənpərvərlik mövzusunda ifalar, şerlərlə davam edib. Həmçinin Bağbanlıq qəsəbə kitabxana filialının bir neçə fəal oxucusu fəxri fərmanlarla təltif edilib.

Qubanın milli mədəniyyəti və məişətinə aid sərgilər, həmçinin kitab, rəsm, tətbiqi sənət nümunələrindən ibarət sərgilər nümayiş olunub.

Tədbir “Amil” kəndirbazlar qrupunun sim üzərində bir-birindən maraqlı çıxışları ilə başa çatdı.