Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Kəndlərdə Mədəniyyət Günləri” layihəsinə start verilib

08.07.2021

       İlk belə tədbir Siyəzən rayonu Balaca Həmyə kəndində keçirilib. 7 iyul 2021-ci il tarixində Siyəzən rayonunun Balaca Həmyə kəndində “Çiçəklənən Yurdum mənim” adlı tədbir keçirilmişdir. Böyük və Balaca Həmyə kənd klub və kitabxanalarının birgə təşkil etdiyi tədbirdə kəndlərin adət ənənənəsi, sənətkarlıq, mətbəx nümunələri, dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi nümunələri nümayiş olundu. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, mədəniyyət işçiləri, həmçinin kənd sakini, 101 yaşlı veteran Əmrah Məmmədov, Vətən müharibəsi şəhid Ağali Ağayevin valideynləri, qazi Xətai Kərimov, yazıçı, əməkdar müəllim Nəcməddin Mürvətov, “Çıraq” qəzetinin müxbiri Reyhan Muradova, kəndin ağsaqqalları Pirverdi Tarverdiyev, Məcid Əliyev və başqaları iştirak edirdi. Tədbir iştirakçıları ilk öncə Balaca Həmyə kəndində Şəhidlər bulağını ziyarət etdilər. Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar ifa edildi, Nizami Gəncəvinin Sirlər Xəzinəsi poeması əsasında “Kərpic kəsən kişinin dastanı” səhnəciyi nümayiş etdirilib. Tədbirdə çıxış edənlər belə tədbirlərin əhəmiyyətindən danışdı. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxışında bildirdi ki, belə tədbirlərin keçirilməsində məqsəd kəndlərin adət-ənənələrinin, mətbəxinin yaşadılması, insanların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərə vətənpərvərlik ruhunun aşılanmasıdır.

       Tədbir gənc müğənnilərin ifasında "Yaşa Azərbaycan!" mahnısı ilə başa çatdı.

 

192.3 KB

 

61.8 KB

 

167.2 KB