Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar şəhər Uşaq İncəsənət məktəbində “Rəşadətli Ordumuz!” adlı tədbir keçirilib

25.06.2021

Qusar şəhər Uşaq İncəsənət məktəbində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş “Rəşadətli Ordumuz!” adlı tədbir keçirilib

      Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, məktəbin kollektivi, həmçinin Qusar rayonun mədəniyyət işçiləri iştirak edib. İlk öncə məktəbin foyesində Qusar şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

       Daha sonra tədbir Qusar şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin,  rəqs kollektiivnin, N saylı hərbi hissənin məktəbin məzunlarından təşkil olunmuş nəfəs alətləri orkestri ifasında konsert proqramı ilə davam edib.

      Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Silahlı Qüvvələr gününün təsis olunma tarixindən, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfər qazanmış şanlı ordumuzun şücaətlərindən danışıb. Konsert proqramının təşkilinə görə məktəbin kollektivinə təşəkkür edən idarə rəisi onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

       Sonda “Üç alov” II Beynəlxalq Folklor, Klassik, Müasir yaradıcılıq festivalında uğur qazanmış Qusar şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinə sertifikatlar təqdim edilib.

 

46 KB

 

39.8 KB

 

40.6 KB