Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə Şura iclası keçirilib

10.06.2021

10 iyun 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin onlayn formatda Şura iclası keçirilib. İclasda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr və iri müəssisə rəhbərləri iştirak edib. İclası giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov açaraq ötən dövr ərzində regionun mədəniyyət mənzərəsinə nəzər salıb. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlər, həmçinin onlayn formatda keçirilən tədbirlər, hazırlananan vieoçarxlar haqqında danışıb və bu işlərdə fəal olan müəssisələri fərqləndirib. İdarə rəisi müəssisələrdə əmək intizamının vəziyyətinə toxunaraq bu işə ciddi nəzarət edilməsinin və daim diqqətdə saxlanılmasının vacibiliyini vurğulayıb. Vüsal Hüseynov müəssisələrdə kargüzarlıq işinin düzgün aparılması, elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, sosial şəbəkələrdə aktivliyin artırılması barədə tövsiyələrini iclas iştirakçılarının diqqətinə çatdırıb.  Daha sonra müəssisə rəhbərlərinin təklifləri dinlənilib. Xaçmaz Tarix diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov müxtəlif təklif və layihələrlə çıxış edib.

Sonda idarə rəisi müəssisələrdə xüsusi karantin rejiminin qaydalarına xüsusi riayət edilməsi, müəssisələrdə göstərilən mədəni xidmətlərin keyfiyyətinin artırılması, şəhid və qazi ailərinin daim diqqət mərkəzində saxlanılması, həmçinin “15 iyun- Milli Qurtuluş Günü” və “26 İyun – Silahlı Qüvvələr Günü” ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi, videoçarxların hazırlanması və dövrü mətbuatda işıqlandırılması və qarşıda duran digər məqsəd və vəzifələr barədə müvafiq tövsiyyə və tapşırıqlarını verdi.

 

36.2 KB

 

29.2 KB

 

23.7 KB