Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

07.06.2021

Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin və YAP Xaçmaz rayon təşkilatının Gənclər birliyinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi qaziləri ilə gənclərin görüşü keçirilmişdir. " Fatehlər" adlanan tədbiri giriş sözü ilə muzeyin direktoru Pakizə Mehdiyeva açaraq II Qarabağ müharibəsində qazanılan böyük Qələbədən, xalqımıza zəfəri yaşadan qəhrəman oğulların, qüdrətli Azərbaycan ordusunun sücayətindən danışdı, eyni zamanda, bu qələbənin ordu quruculuğu sahəsində dövlətimizin apardığı məqsədyönlü siyasətin uğurlu nəticəsi olduğunu qeyd etdi.
Tədbirdə əbədiyyətə qovuşan Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, YAP Xaçmaz rayon təşkilatının Gənclər birliyinin sədri Fərid Musayev çıxış edərək, Ermənistan Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsində tarixi məqamlara toxunaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, müharibənin labüdlüyünü doğuran səbəblərdən danışdı, Şəhid ailələrinə və qazilərə dövlət qayğısından bəhs etdi.
Gödəkli kənd orta məktəbinin hərbi hazırlıq müəllimi Elnur Saidov öz çıxışında rayon gənclərinin müharibə ərəfəsində necə böyük fəallıq göstərdiyini, çox sayda gəncin döyüşlərə könüllü olaraq cəbhəyə yollanmasını vurğuladı, bu yüksək coşğunun həmdə məktəblərdə hərbi hazırlıq təlimlərinin keçirilməsinin, hərbi vətənpərvərlik duyğularının aşılamasının nəticəsi kimi qiymətləndirdi.Vətən müharibəsi qaziləri, ağır yaralanaraq 2 əməliyyat keçirmiş mayor Tariyel Didarov, xüsusi təyinatlılar , Şuşa fatehi, Füzuli rayonuna üçrəngli bayrağımızı sancmış baş çavuş Sahil Buliyev, çətin və şərəfli döyüş yolu keçmiş, Şuşa uğrunda döyüşlərdə ağır yaralanmış Sənan Əhmədov, Şuşayadək böyük qəhrəmanlıqla vuruşmuş, yaralanaraq müalicə alan və növbəti əməliyyata hazırlaşan Cavid Arzumanov, Ağdərə uğrunda döyüşlərdə yaralanmış, ayaq barmaqları kəsilmiş Məzahir Nəsirov çıxış edərək öz döyüş yollarından danışdılar. Şair Aqşin Dadaşoğlu çıxış edərək döyüşçü atası olduğu ilə fəxr etdiyini bildirdi, yeni yazdığı şeri səsləndirdi. Şəhid Davud Hacıyevin anası Validə Hacıyeva öz çıxışında Şəhidlərmizə rəhmət dilədi, azadlığımızın əbədi olmasını dilədi. Şəhid Kamil Məmmədovun qardaşı və nişanlısıda tədbirdə iştirak edirdilər.
Tədbir bədii hissə ilə davam etdi. Məktəblilərin ifasında şerlər dinləndi. Tədbirə müğənni Elvin Ağalıyevin ifasında Azərbaycan mahnısı ilə yekun vuruldu.

 

53.4 KB

 

39.2 KB

 

30.1 KB