Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bayram günündə şəhid övladları unudulmadı

01.06.2021

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Vətən müharibəsi şəhidləri, Xaçmaz rayon Hacıqurbanoba kəndindən Rəhim İmamov və Xaspoladoba kəndindən Fərid Seyfullayevin ailəsini ziyarət edib, şəhidlərimizin övladlarına bayram hədiyyələrini təqdim edib.

Görüşdə, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilmişdir.  Şəhid ailələrinin üzvləri onlara daim diqqət və qayğı ilə yanaşan ölkə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

 

76 KB

 

85.4 KB

 

79.7 KB