Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba və Qusar rayonlarında şəhid ailələri ziyarət edilib

08.05.2021

8 may 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Qusar rayonunun Yeni Həyat kəndində Vətən müharibəsi şəhidi Ağayev Ağa Əli oğlu və Bədirqala kəndində Vətən müharibəsi şəhidi Niftəliyev İlyas Güloğlan oğlunun, Quba şəhərində Vətən müharibəsi şəhidi Əliyev Rəvan Yusif oğlu və Quba rayonu Zərdabi qəsəbəsində Vətən müharibəsi şəhidi Məhəmmədov Musa Bayram oğlunun ailəsini ziyarət edib. Şəhid ailə üzvləri ilə söhbət zamanı diqqətə çatdırıldı ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və qürur dastanıdır. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda Şəhadət zirvəsinə ucalan hər bir Şəhidimizin əziz xatirəsi xalqımız tərəfindən əbədi olaraq yaşadılacaq və ehtiramla yad olunacaq. Dövlət səviyyəsində Şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğı xüsusi qeyd olundu və bildirildi ki, bu ailələrə mənəvi dəstək hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Şəhid ailələri üzvləri dövlət, müxtəlif təşkilatlar və bütün cəmiyyət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər, Azərbaycanın Şanlı qələbəsi və qəhrəman övladları ilə qürur duyduqlarını vurğuladılar. Şəhid ailələrinə Ramazan bayramı sovqatı təqdim olundu

Qeyd edək ki, şəhid Ağayev Ağa Əli oğlu Qusa rayonu Yeni Həyat kənd kitabxana filialının kitabxanaçısı Ağayeva Nargilə Əli qızının qardaşıdır. Şəhid Əliyev Rəvan Yusif oğlu və Məhəmmədov Musa Bayram oğlu Quba şəhər Uşaq İncəsənət məktəbinin şagirdi olmuşdur. Həmçinin Məhəmmədov Musa Bayram oğlunun anası Məhəmmədova Rübabə Qiyasəddin qızı Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Zərdabi qəsəbə filialına işə qəbul edilmişdir.

 

77.8 KB

 

100.5 KB

 

86.9 KB