Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Heydər Əliyev Mərkəzində “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunda tədbir keçirilib

19.05.2021


18 may 2021-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və qaydalarına uyğun olaraq 18 May -Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Quba Asan Xidmət Mərkəzinin , Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin əməkdaşları və könüllüləri iştirak etmişlər.
Tədbiri giriş sözü Mərkəzin direktoru Elza Orucova açmış və Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə keçirilmiş Nazirlər Kabinetində muzey işçilərinin Respublika müşavirəsi keçirilib , 1994-cü ildə isə bu müşavirənin materialları əsasında ”Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba nümayəndəsi Fuad Orucov çıxış edərək qeyd etdi ki, Beynəlxalq Muzeylər Şurası tərəfindən 1977-ci ildə təsis edilmiş Beynəlxalq muzeylər günü bu il əlamətdar bir dövrdə qeyd olunur. Bu gün muzeylərimiz öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımız işğaldan azad edilmiş, 22 dağıdılmış muzeylərin, o cümlədən Şuşada tamamilə qarət olunmuş muzeylərin bərpa işlərinə başlanılmışdır.
Daha sonra Fuad Orucov Beynəlxalq Muzeylər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, gənclərə və könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin direktoru Aytac Əhmədova, Quba Asan Xidmət Mərkəzinin əməkdaşı Qönçə Adıgözəlova, Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları Şövqiyyə Seyidzadə və Simnarə Tağıyeva, Quba Asan Xidmət Mərkəzinin könüllüsü Şükür Sultanov və başqaları çıxış edərək qeyd etdilər ki, biz gənclər Quba Heydər Əliyev Mərkəzindən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, azərbaycançılıq və dövlətçilik təcrübəsini öyrənirik.
Sonda tədbir iştirakçıları 18 May-Beynəlxalq Muzeylər Gününə həsr olunmuş sərgiyə tamaşa etdilər.

 

30.2 KB

 

32.8 KB

 

29.8 KB