Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş videokonfrans keçirilib

18.05.2021

18 may 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “18 may–Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş “Muzeylər:Tarixin Yaddaşı” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma mərkəzinin Metodiki iş şöbəsinin Muzey işi sektorunun baş metodisti Pakizə Almazova, regioda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, Tarix diyarşünaslıq muzeyləri, Rəsm Qalereyalarının direktorları və əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi V.Hüseynov açaraq muzey işçilərini bu əlmaətdar gün münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Ölkəmizdə muzeylərin təşəkkül tapması və inkişafı tarixindən danışan idarə rəisi milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olduğunu xüsusi vurğulayıb. Daha sonra çxıış edən Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma mərkəzinin Metodiki iş şöbəsinin Muzey işi sektorunun baş metodisti P.Almazova bu əlamətdar günün təsis edilmə tarixindən və əhəmiyyətindan danışaraq qeyd edib ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Tədbir regionun Tarix diyarşünaslıq muzeylərinin direktorlarının çxıışları ilə davam edib. Quba Tarix diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva “Muzeylərin keçmişi və bugünü”, Xaçmaz Tarix diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva “Muzeylərin pandemiya dövründə fəaliyyəti”, Şabran Tarix diyarşünaslıq muzeyinin direktoru Bəsti Məmmədova “Ümumilli lider Heydər Əliyev və muzeylər”, Qusar Tarix diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova “Muzeylərin hərbi vətənpərvərlik istiqamətində apardığı təbliğat və gördüyü işlər” mövzusunda məruzə ilə çıxış ediblər.

 

633.9 KB

 

631.7 KB

 

502.3 KB