Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Tarixdə və Yaddaşlarda Əbədi Yaşayacaq Şəxsiyyət” mövzusunda videokonfrans keçirilib

07.05.2021

7 may 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Tarixdə və Yaddaşlarda Əbədi Yaşayacaq Şəxsiyyət” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının müavini Günel Nurəddinova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, regionun mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu barədə konfrans iştirakçılarına məlumat verdi. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının müavini Günel Nurəddinova ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Tədbir regionun Heydər Əliyev Mərkəzlərinin direktorlarının məruzələri ilə davam edib. Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova “Heydər Əliyev və Mədəniyyət”, Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrəhmanova “Heydər Əliyev və Ordu quruculuğu”, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova “Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı”, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev “Heydər Əliyev və Gənclər siyasəti” və Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev “Heydər Əliyev və Azərbaycanın Milli İqtisadi İnkişaf Modeli” mövzusunda məruzə ilə çıxış ediblər.

 

1 MB

 

31.5 KB

 

78.9 KB