Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələrini ziyarət davam etdirilir

06.05.2021

6 may 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Vüsal Hüseynov Siyəzən şəhərində  Vətən müharibəsi şəhidi Vüsal Gülaliyev və Şabran rayonu Bor-bor kəndində Vətən müharibəsi şəhidi Əlikram Şabbazovun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılmış, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilmişdir. İdarə tərəfindən şəhidin ailəsinə maddi yardım və mənəvi dəstək göstərilmiş və bu dəstəyin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir. 

 

70.3 KB

 

54.5 KB

 

86.1 KB