Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir

05.05.2021

5 may 2021-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Xaçmaz rayonu Qaradağ-buduq kəndində Vətən müharibəsi şəhidi Elməddin Alxasovun ailəsini və Xaçmaz şəhərində qazi Vüqar Asaliyevi ziyarət edib.  Görüşdə, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilmişdir. İdarə tərəfindən şəhidlərin ailələrinə maddi yardım və mənəvi dəstək göstərilmiş və bu dəstəyin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir.

 

61.4 KB

 

433.2 KB