Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xudat Heydər Əliyev muzey filialının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr edilmiş ”Zəfər tariximiz” adlı onlayın tədbir keçirildi

23.04.2021


23 aprel 2021-ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin Xudat Heydər Əliyev muzey filialının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr edilmiş "Zəfər tariximiz" adlı onlayın tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Könül Ramazanova tədbir iştirakçılarına 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsindən geniş və ətraflı məlumat verdi. Daha sonra muzeyin elmi işçisi Samirə Buliyeva, Xaçmaz rayon Susayqışlaq tam orta məktəbinin tarix müəllimi Amil Rəhimov çıxış edərək Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər tariximizdən ətraflı söhbət açdılar.
Daha sonra isə can - qanı bahasına torpaqlarımızın düşmən tapdağından azad olunması naminə sağlamlığını itirən, hər bir xaçmazlının fəxr etdiyi, Vətən müharibəsi qazisi, mayor Tariyel Didarov çıxış edərək keçdikləri şərəfli yoldan, Azərbaycan Ordusunun qazandığı böyük qələbədən və igid oğullarımızın şüaətindən söz açdı və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulacağını bildirdi.
 

 

35.3 KB

 

26.9 KB

 

34.7 KB