Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-cı ildönümünə həsr olunmuş “İşıqlı ömrün səlnaməsi” mövzusunda onlayn konfrans keçirilib

23.04.2021


Qusar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qusar MRX-nın həkimlərinin, rayon təhsil və mədəniyyət işçilərinin, gənc fəalların iştirakı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-cı ildönümünə həsr olunmuş “İşıqlı ömrün səlnaməsi” mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova açaraq, akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın simasında nəcib Azərbaycan Qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı haqqında məlumat verərək onun yüksək insanpərvərlik və xeyirxahlıq keyfiyyətlərindən danışdı.
Daha sonra konfransda Mərkəzin bələdçisi Lamiyə Abdullayeva “Mənəviyyat və kamillik nümunəsi olan Azərbaycan qadını” mövzusunda çıxış edərək Zərifə xanım Əliyevanı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin-ümummilli lider Heydər Əliyevin vəfalı ömür- gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Böyük Qələbəni Azərbaycan xalqına bəxş edən tarixi sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin anası və görkəmli alim kimi nəsillərə örnək olan həyat yolundan danışdı.
Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Aybəniz Əfəndiyeva, Sanitar Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov akademik Zərifə xanım Əliyevanın həkimlik və elmi fəaliyyətindən bəhs edərək, oftalmologiya sahəsində ilk qadın akademik olaraq elmi kadrların hazırlanmasında, geniş yayılmış traxoma, o cümlədən tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar və aldığı nəticələr haqqında geniş məlumat verdilər.
Onlayn konfrans Mərkəzin elmi işçisi Fidan Kazımzadənin hazırladığı “Zirvələrə yüksələn zərif insan ömrü” adlı videoçarxın nümayişi ilə yekunlaşdırıldı.
 

 

38.1 KB

 

37.1 KB

 

38.5 KB