Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi” ili ilə əlaqədar sərgi təşkil olunub

23.04.2021

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba Heydər Əliyev Mərkəzində böyük mütəfəkkir-şair “Nizami Gəncəvi” ili ilə əlaqədar sərgi təşkil olunmuşdur. Sərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamı, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nəşr etdiyi Nizami Gəncəvinin zəngin yaradıcılığına həsr edilmiş əsərləri nümayiş olunur. Mərkəzə gələn ziyarətçilər, xüsusən gənclər sərgi ilə yaxından tanış olurlar.

 

27.6 KB

 

26.3 KB