Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə videokonfransı keçirilib

03.12.2020


3 dekabr 2020-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə videokonfransı keçirilib. Regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Azərbaycan Ordusunun qələbəsi münasibətilə iştirakçıları təbrik edib, yaralılara tezliklə sağlamlıqlarına qovuşması arzu edilib. İdarə rəisi elektron xidmətlərin keyfiyyətinin artırılması, hərbi-vətənpərvərlik mövzzusunda onlayn tədbirlərin keçirilməsini və videoçarxların hazırlanmasının vacibliyini vurğulayıb. Həmçinin regionda fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərində dərslərin distant formada keçirilməsi, bu işə nəzarətin gücləndirilməsi məktəb direktorlarının diqqətinə çatdırılıb.
Daha sonra qeyd edilib ki, son dövrlərdə ölkə ərazisində həmçinin regionda koronavirus xəstəliyinə yoluxmada artım tempi müşahidə olunur. Yoluxmanın aradan qaldırılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş tələb və tövsiyyələrin icrasına regionun mədəniyyət müəssisələrində ciddi riayət etməsi, mədəniyyət işçilərinin bu işdə fəal olması bildirilib.
Sonda mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə edildi və tapşırıqlar diqqətə çatdırıldı.

 

96.6 KB

 

80.3 KB