Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon MKS-nin təşkilatçılığı ilə Qubalı şair Abdulla Məmmədin yeni çapdan çıxmış “Gerçək yuxular” adlı kitabının onlayn təqdimatı keçirildi.

20.08.2020

19.08.2020-ci il tarixdə Quba rayon MKS-nin təşkilatçılığı ilə Qubalı şair Abdulla Məmmədin yeni çapdan çıxmış “Gerçək yuxular” adlı kitabının onlayn təqdimatı keçirildi. Onlayn təqdimatda kitabın baş redaktoru, ön söz müəllifləri, şairin qələm dostları, həmçinin kitabxana işçiləri və fəal oxucular iştirak edirdi. Tədbiri açıq elan MKS-nin direktoru Saməddin Nəsirov Abdulla Məmməd və onun əbədi fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verdi. Şair  Abdulla Məmməd  canlı bağlantı zamanı “Gerçək yuxular” kitabı ilə yanaşı öz yaradıcılığı, fəaliyyəti haqqında məlumat verərək, şairlik sənətinin incəliklərindən də söhbət açdı. Sonra  çıxış edən  MKS-nin direktor müavini Hüriyyə Sultanova Abdulla Məmmədi təbrik edərək,  bu kitabın kitabsevərlər və ziyalı nəsil üçün gözəl bir töhvə olduğunu qeyd etdi. Onlayn tədbirdə çıxış edən AY və Jurnalistlər Birliklərinin üzvü, Prezident mükafatçısı Nəcibə İlkin, 10-dan çox kitab müəllifi, “Şəfqət” qəzetinin təsisçisi və baş redaktoru Tofiq Nurəli, AYB-nin üzvü, “Əfsun” ədəbi-bədii jurnalının təsisçi və baş redaktoru Təranə Musayeva və başqaları Abdulla müəllimi təbrik edərək kitab haqqında dəyərli fikirlərini və tövsiyyələrini bölüşdülər.

 

75.3 KB

 

93.1 KB

 

49.4 KB