Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Mənim atam qəhrəmandır” layihəsinə start verilib

22.10.2021

Qusar rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın övladları ilə Mərkəzin təşkil etdiyi "Mənim atam qəhrəmandır" layihəsinə start verildi. Mərkəzə dəvət edilmiş şəhid övladları və ailə üzvləri Mərkəzlə qısa tanışlıqdan sonra kinozalda cizgi filmlərini seyr etdilər. Daha sonra Vətənə əmanət övladlar üçün Uşaq İncəsənət və şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim edildi. Şəhid övladları qəhrəman ataları haqqında ürək sözlərini bölüşərək, müxtəlif mahnılar və şeirlər səsləndirdilər.  Onlar daşlar üzərində  rəsmlər çəkdilər. Qusar rayon Heydər Əliyev Mərkəzinin bir gününün bütövlükdə şəhid övladlarına həsr edilməsi gələcəkdə bu layihənin daha geniş xarakter alması üçün zəmin yaratdı. Şəhid övladlarına Qusar rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar rayon üzrə nümayəndəliyi tərəfindən hədiyyələr verildi.