Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Qusar

Qusar rayonunda "Qayi bulaq", "Şahnabat", "Şahdağ", "Mel" xalq kollektivləri fəaliyyət göstərir, əhali qarşısında maraqlı konsert proqramları ilə çıxış edir, milli folklor nümunələri, xalq adət-ənənələri geniş şəkildə təbliğ olunur. Uşaq İncəsənət məktəbinin şagirdləri musiqi, rəsm və xor üzrə respublika müsabiqəsində uğurla çıxış edirlər. Yay aylarında əhalinin və qonaqların asudə vaxtlarının daha maraqlı keçirilməsi məqsədilə bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə şəhərin mərkəzi meydanında əhali qarşısında konsetr proqramları təşkil olunur. Bayram günlərində "Ləzginka" rəqs qrupunun, "Mel", "Pərizada", "Kodu" folklor kollektivlərinin, güc və sim pəhləvanlarının çıxışları, milli mətbəx nümunələrinin sərgiləri bayram iştirakçılarının və rayona gələn qonaqların böyük marağına səbəb olur.
Rayonda 2 memarlıq, 46 arxeoloji ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri vardır. Rayonuin Əniğ kəndində XIII əsrə aid qala divarların qalıqları, Həzrə kəndindəki 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi ölkə əhəmiyyətli memarlıq abidələri kimi dövlət tərəfindən qorunur.

 

Qusar rayonunda fəliyyət göstərən mədəniyyət müəssisələri:
- Rayon Mədəniyyət mərkəzi - 1

- Mədəniyyət evləri -14

- Klublar - 40

- Kitabxanalar - 43

- Tarix-diyarşünaslıq muzeyi - 1

- Heydər Əliyev Mərkəzi -1 

- Dövlət rəsm qaleryası - 1

- Uşaq incəsənət məktəbi - 1

- Mədəniyyət və istirahət parkı - 1

Qusar rayon mərkəzləşdirilmiş kitabxana sistemi. Qusar rayonunda ilk kitabxana 1930-cu ildə yaradılmışdır. 1979-cu ildə rayonda mərkəzləşdirilmiş kitabxana sistemi yaradılmışdır.
Strukturu: mərkəzi kitabxana - 1
Kitabxana filialları - 46
Ünvanı: Qusar şəhəri, L. Əhməd küç, 47.
Əlaqə vasitələri: tel: (02338) 5 - 28 - 30
e-mail: qusar-mks@box.az
www.qusar-mks.az

- Qusar rayon  Heydər Əliyev Mərkəzi.

 

Heydər Əliyev Mərkəzi 2012-ci ildən fəaliyyət göstərir.Mərkəzin ümumi sahəsi  1060 kv.m-dir. Mərkəzdə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Mərkəzdə ümummilli liderin həyat və siyasi  fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən  fotoşəkillər və sənədlər toplanıb nümayiş etdirilir. Eksponatların sayı 110 ədəddir.Mərkəzdə rəsm, xalça dərnəkləri yaradılmış və internet klubu fəaliyyət göstərir.

Ünvan: Qusar şəhəri M.Vəliyev  

Əlaqə vasitələr: tel: (02338) 5-58-14                                                  

 Qusar rayon tarix-diyarşünaslıq muzeyi. Muzey 1982-ci ildən fəaliyyət göstərir. Muzeyin fondunda 3284 eksponat vardır. 600 eksponat ekspozisiyada nümayiş olunur.
Ünvan: Qusar şəhəri, Füzuli küç, 5
Əlaqə vasitələri:
tel: (02338) 5-31-02

• Uşaq İncəsənət məktəbi. Məktəb 1960-cı ildən fəaliyyət göstərir. Məktəbdə 10 ixtisas üzrə 378 nəfər şagird təhsil alır.
Ünvan: Qusar şəhəri, M. Rəsulzadə küç, 2
Əlaqə vasitələri:
tel: (02338) 5-22-68

• Qusar rayon mədəniyyət mərkəzi.
Ünvanı: Qusar şəhəri, M. Əbilov meydanı, 1
Əlaqə vasitələri:
tel: (02338) 5-22-59


• Dövlət Rəsm Qalereyası. Qalereya 1986-cı ildən fəaliyyət göstərir. Qalereyanın fondu 133 əsərdən ibarətdir.
Ünvanı: Qusar şəhəri, F.Musayev 2
Əlaqə vasitələri:
tel: (02338) 5-34-38

Turizm

Ölkənin şimal-şərqində, Şahdağın ətəyində уег1əşən Qusar rayonu - nəinki Azərbaycanın, bütün Qafqazın ən gözəl guşələrindən biridir. Sıldırımlı dar dərələri, nadir kölgəlikləri, heyranedici yüksək dağ gölləri və şəlalələri, mürəkkəb quruluşa malik massivləri, əlçatmaz aşırımları, Qafqaz dağlarının buzlaqlarına burünmüs, dağları və meşələri ilə zəngin xüsusi rəngarəng təbiətə malikdir. Rayonun arazisi sanki, Avropa ilə Yaxın Şərqi bir-birinə bağlayan bənddir. Qusar rayonu respublikanın şimal qapısı hesab edilir. Hələ keçmiş dövrdə rayonun ərazisi mühüm ticarət yollarının qovşağında sərfəli mövqe tuturdu. Rayonun zəngin və rəngarəng təbiəti, büllur kimi saf havası, münasib iqlimi (qış aylarında havanm temperaturu mənfi 20-22 dərəcəyədək enir, yay aylarıda isə axşam müsbət 20 dərəcədən artıq yüksəlmir), ozunəməxsus mədəniyyəti - bütün bu göstəricilər burada müasir, ən yüksak dünya standartlarına uyğun turizm kompleksinin yaradılması və inkişafi uçün əsasdır.
Rayon ərazisində Аzərbаусаn Respublikasının Nazirlər Sovetinin 24 fevral 1964-cü il tarixli qərarı ilə sahəsi 15000 hektar olan Qusar Dovlət Yasaqlığı yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı bir sira heyvan və qusları (qırqovul, boz кəkliк, сüyür, çöl donuzu, dovşan) qoruyub artırmaqdır. Bu yasaqlıqda ekoloji və safari turları təşkil edərək rayona turist axınını gücləndirmək olar.
Enliyarpaqlı məşələrlə ötülmtüş, çoxlu sayda bulaqları, şəlalələri, kiçik gölləri, qeyri adi mənzərəsi olan bu dağlıq ərazi istirahət üçün cəlbedicidir.Qusar rayonunda həm yay turizminin, həm da qış turizminin inkişafi üçün geniş, təbii potensial vardır.
Prezidentimiz canab İlham Əliyevin sərəncamına əsasən beynəlxalq standartlara uyğun olaraq tikilən 2008-ci ildə istifadəyə verilən Qusar Olimpiya Idman Kompleksi Azərbaycanın ən mənzərəli guşəsində inşa edilən unikal bir tikilidir. Qusar Olimpiya Idman Kompleksi təlim məşq toplantılarının, respublika və beynəlxalq dərəcəli yarışların keçirilməsi, həmçininin istirahət üçün, ideal bir yerdir. Qeyd etmək lazımdır ki, 40 kotecə malik olan bu unikal tikili təbii meşəliklərlə əhatə olunmuşdur. Koteclər incə zövqlə bəzədilərək müasir və rahat mebel, rəsmlər qədim və müasir dövr arasında gözəl bir sintez yaradır.
Şəfalı guşələrdən olan Qusar rayonu günəşli Аzərbаусаn respublikasının ən gözəl turizm diyarıdır. Нər il minlərlə turist bu cənnət məkanda istirahət еtməуə üstünlük verir. Rayonun havasını udaraq, bulaq sularından dadaraq, çaylarını, meşələrini, dağlarını, həmçinin tarixi abidələrini seyr etdikcə insan bir anlığa ozünü cənnətdə hiss edir. Rayon ərazisində bu məqsaədlə "Suvar" dağ-turizm istirahət zonası, "Qayi-bulaq", "Star Qusar", "Alpin Qusar" istirahət VƏ saglamlıq mərkəzləri turistlərə qapılarını açmaqdadır.
Qusar rayonu ekoloji turizm üçün geniş, şəraitə malikdir, bununla belə rayon da ekoloji xarakterli 3 turist marşrutu fəaliyyət göstərir.Turistlərin marağına səbəb olacaq ilk marşrut Qusar-Ləzə istiqamətidir. Bu istiqamətdə səyahətə çıxan turistlər Əniğ kəndindəki tarixi abidələrə, tətbiqi xalq sənəti nümunələrinə tamaşa etmək imkanı əldə edirlər.
Qusar-Sudur istiqamətində səyahətə çıxan turistlər Həzrə kəndindəki XVI əsr yadigarı olan Şeyx Cüneydin məqbərəsini ziyarət edə bilərlər. Bundan əlavə bütün marşrut boyu onlar tətbiqi xalq sənəti nümunələri ilə, yerli əhalinin adət-ənənələri ilə tanış olmaq imkanına malikdirlər. Marşrutun son məntəqəsi olan Sudur kəndi rayon mərkəzindən 75 km aralı, dəniz səviyyəsindən 1800 m yüksəklikdə, Şahdağın yamaclarında yerləşir. Buranın gözəl təbiəti, ətrafdakı dağların fonunda yaranan unudulmaz panoraması insanı valeh edir. Qusar-Qazanbulaq istiqamətində isə turistlərə maraq doğuran ən maraqlı obyektlərdən biri isə 7 hektar ərazidə "Əlistan baba" fıstıq meşəsidir. Ləzə kəndinin ərazisində qayalıqlardan axan, günəşdə bərq vuran möhtəşəm şəlalələr insanı öz gözəlliyi və təbiiliyi ilə məftun edir. Rayonumuzun milli mətbəxindən də xüsusi yüksək zövq almaq mümkündür. Qusar rayonuna gələndə onun qeyri adi milli ləziz xörəklərindən, ləzgi pizzasından (цкан), çоbаn aşından, ləzgi xingalından, ləzgi qutablarından (афарар) və ləzgi çörəyinin dadına baxmamaq ən azından günahdır.
Rayonumuz həm də macərə axtaran turistlər üçün də əvəzedilməz yerdir, çünki burada çətin keçilən çaylar, sıldırımlı qayalar, dar kanyonlar vardir ki, bu da macəra axtaran turistləri ozünə cəlb edir.
Rayonumuzun ərazisində il boyu bəyaz qarla örtülü olan qocaman Şahdağ mütəxəssislər tərəfindən qış turizmi üçün daha münasib yer kimi yüksək qiymətləndirilmişdir. Odur ki, burada Dağ-Xizək Turizm bazasi yaratmaq ideyasi meydana gəlmişdir. Hazirda prezidentimiz canab Ilham Əliyevin tövsiyəsi əsasinda dag-turizm kompleksi tikilməkdədir. Kompleks Qusar rayonunun Ləzə və Aladaş kəndlərinin ərazisində 2000 hektara yaxın ərazisini əhatə edəcəkdir. Təbiətin füsunkar guşəsində beynəlxalq standartlar səviyyəsində yaradılan bu kompleks respublika əhalisinin, həmçinin xarici ölkələrin böyük maraq və diqqətinə səbəb olmuşdur. Bu böyük layihə rayona yeni iş yerləri, investisiyalar, inkişaf, bir sözlə tamamilə yeni həyat gətirəcəkdir.
Kompleksdə müasir otellər, lift bazası, xizək məktəbi, süni qarlaşdırma sistemi yaradılacaqdır.
2004-cü il iyulun 21-də Qusar rayon sakinləri ilə görüşündə Prezident İlham Əliyevin "Mən Qusara xüsusi diqqət göstərəcəyəm, çalışacağam ki, bu gözəl rayon daha da gözəlləşsin, abadlaşsın. Mən daim qusarlılarla olacağam və biz birlikdə böyük işlər görəcəyik" fikirləri hər bir qusarlının ürəyində silinməz iz buraxmışdır.

 Turizm obyektləri.

- "Şahdağ" Turizm Mərkəzi

-"Park Qusar"istirahət mərkəzi

- Olimpiya İdman kompleksi

- "Suvar" dağ turizm istirahət zonası

- "Qayi bulaq" istirahət mərkəzi

- "Alpine Qusar" istirahət mərkəzi

- "Star Qusar" istirahət mərkəzi

- "Umid" istirahət mərkəzi

- "Yarsell" istirahət mərkəzi

- "MM" istirahət mərkəzi

- "Ladeyra" istirahət mərkəzi