Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Xaçmaz

 

 Xaçmaz rayonunda mədəniyyət obyektlərinin çox geniş şəbəkəsi fəaliyyət göstərir. 12 muzey, 1 rəsm qalereyası, 66 kitabxana, 49 mədəniyyət evi və klub müəssisəsi, 3 musiqi məktəbi, 1 mədəniyyət və istirahət parkı rayon əhalisinə xidmət göstərir. Son illər Xaçmaz və Xudat şəhər Mədəniyyət evləri, rayon Tarix-Diyarşünaslıq muzeyi üçün yeni bina tikilmişdir. Muzeyin binası 2 mərtəbəlidir. I mərtəbədə ekspozisiya zalı , işçi və yardımçı otaqlar yerləşir. II mərtəbədə ekspozisiya zalı, yüksək səviyyəli avadanlıqlarla və müasir texniki vasitələrlə , internetlə təchiz olunmuş konfrans zalı , tədris mərkəzi fəaliyyət göstərir. Burada gələn turislərə və qonaqlara Azərbaycan tarixinə aid olan eksponatlar nümayiş etdirilir.

 Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılmışdır. Xaçmaz şəhərində Azərbaycan ədəbiyyatı, incəsənəti və elminin 54 nəfər dahi şəxsiyyətinin abidələrinin ucaldıldığı açıq səma altında Şəxsiyyətlər muzeyi fəaliyyət göstərir. Eləcə də rayonda Xalqlar Dostluğu muzeyi, Əziz Əliyev və akademik Zərifə Əliyeva muzeyləri, Rəsm Qalareyası yaradılmışdır. Qalereyanın ekspozisiya zalında 146 təsviri sənət nümunəsi sərgilənməkdədir. Fondda isə əlavə olaraq 109 sənəd nümunəsi qorunub saxlanılmaqdadır. Fərdi sərgilərin təşkilində fəal iştirak edərək yerli rəssamların sərgilərini mütəmadi keçirir.

 Xalqlar Dostluğu 

Rayonda ənənəvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf etmişdir. Xaçmaz litseyində xalçaşunaslıq fakültəsi mövcuddur.Rayonda Xalça Muzeyi üçün iki mərtəbəli əzəmətli bina tikilərək istifadəyə verilmişdir. Muzeydə 150 ekspona nümayiş etdirilir. Bunların əsasını xalçalar təşkil edir. Xalçalar 4 qrupa bölünür:

1.Quba-Şirvan

2.Qzax-Gəncə

3.Təbriz

4.Qarabağ

    Quba-Şirvan qrupuna aid olan xalçalar muzeyin ekspozisiyasında nümayiş olunur. Bunlara “Zeyvə”,”Qollu-Çiçi”, “Ağqol-çiçi”, “Alça gül-Çiçi”, “Qonaqkənd”,” Pirədəbil” və.s aiddir. Eyni zamanda “ Təbriz”,” Borçalı” xalçası da nümayiş olunur.

Eyni zamanda muzeydə məişət əşyaları da nümayiş olunur. Bunlara :” Mis qazanlar” ,” Kəfkir”, “ Od somavarı”, “Sərinc” , “ Od ütüsü”.  Ölçü vahidi “Pud”. “ Aftafa”, “Saplıca”. “ Xeycə” və.s misal göstərmək olar. Balaca xanada toxunmuş “ Yeni Azərbaycan Pariyası” və “ Heydər Əliyev fondu”nun rəmzi olan kiçik xalçalar nümayiş olunur.

Xaçmaz şəhərinin əzəmətli Giriş qapısı, Qoşa qapı kompleksi, 4 ölkənin vaxtını göstərən Saatlar qülləsi, Heydər Bulağı və İlham Bulağı kompleksləri, avropa üslubunda tikilmiş Heydər Əliyev prospektinin girişi, Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin, Cavanşirin at üstündə abidələri Xaçmaza xüsusi gözəllik verir. “Heydər Bulağı” və “İlham Bulağı” komplekslərini birləşdirən 4 hektar ərazidə müasir üslubda gözəl bir “Heydər Əliyev” seyrəngahı salınmış, burada hündürlüyü 12 metr olan samovar, 100 ədəd fəvvarə, 2 şəlalə, istirahət köşkləri tikilmiş, yaşıllıq zolaqları arasında yeni səkilər salınmışdır. Seyrengahın yaxınlığında Xaçmaz olimpia idman kompleksi tikilərək rayon əhalisinin istifadəsinə verilmişdir.