Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Quba

Rayonda 155 təhsil müəssisəsi, ondan 135 ümumtəhsil məktəbi, 15 məktəbəqədər və 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bundan başqa Azərbaycan Müəllimlər İnstitutunun filialı, Quba Dövlət Sosial-İqtisad kolleci, Bakı Sənaye Pedaqoji Kollecinin Quba şöbəsi, Peşə liseyi, Xüsusi peşə məktəbi fəaliyyət göstərir.
Rayonda 135 ümumtəhsil məktəbindən 27 ibtidai, 43 ümumi orta, 65 tam orta məktəbdir. Bu məktəblərdə cəmi 23260 şagird təhsil alır.
Rayonda 9662 şagird yerlik 56, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 2510 şagird yerlik 17 məktəb binası tikilmiş, 5152 şagird yerlik 26 məktəb binası əsaslı təmir edilmişdir. Quba RİH tərəfindən Möhüc (180 şagird yerlik), İspik (180 şagird yerlik), II Nügədi 3 saylı (360 şagird yerlik) tam orta, Talabı ibtidai (80 şagird yerlik) məktəbləri və Quba şəhər 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Yenə Quba RİH tərəfindən Qaraçay qəsəbə (200 yerlik) tam orta məktəbi, Xucbala (220 şagird yerlik), Hacıqayıb (360 şagird yerlik), Aşağı Tüləkəran (180 şagird yerlik), Dağlı (360 şagird yerlik) kənd tam orta məktəbləri və Küpçal (180 şagird yerlik) kənd ümumi orta məktəbi üçün yeni binaların tikintisi davam etdirilir. Alıc-Digah (180 şagird yerlik), İsnov (180 şagird yerlik), Məckə-Xacə (180 şagird yerlik), Əsparəsti (180 şagird yerlik) kənd tam orta məktəbləri və Qımılqışlaq (220 şagird yerlik) kənd ümumi orta məktəbi üçün Quba RİH tərəfindən yeni binaların tikintisi nəzərdə tutulmuşdur.