Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Siyəzən

2015-2016-cı dərs ilinə aid göstəricilər

2016-cı ildə orta təhsili bitirənlər

338 nəfər

Ali məktəbə sənəd verənlər

213 nəfər

Ali məktəbə qəbul olanlar

119 nəfər

Onlardan 2016-cı ilin məzunları

111 nəfər

600-dən çox bal toplayanlar

6 nəfər

500-dən çox bal toplayanlar

21 nəfər

Rayon üzrə sənəd verənlərin ümumi qəbul faizi

53,0 %

O cümlədən, 2016-cı il məzunlarının qəbul faizi

48,1 %

Hərbi yönümlü ali məktəblərə daxil olan məzunların sayı

11 nəfər

Rayon üzrə müəllimlərin sayı

749 nəfər

Bağçalarda işləyən tərbiyəçilərin sayı

37 nəfər

Bağçalarda uşaqların sayı

430 nəfər

UGİM-nə cəlb edilmiş idmançıların sayı

262 nəfər

UYM-nə cəlb edilmiş şagirdlərin sayı

221 nəfər

İxtisasartırma kurslarından keçənlər

85 nəfər

 

Siyəzən rayon Təhsil Şöbəsi Siyəzən rayonunun rayon statusunun yenidən bərpa edilməsi dövründən, 1992-ci ildən fəaliyyət göstərir. Təhsil Şöbəsi təhsilə cəmiyyətin ən əsas problemlərini özündə daşıyan sosial proses kimi baxmış , təhsilin üstün inkişafı və dövlət təhsil siyasətinin həyata keçirilməsi üçün fasiləsiz iş aparmışdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında Təhsilin inkişafının başlıca istiqamətlərini əks etdirən müddəaların yerinə yetirilməsi əsas vəzifə kimi qəbul edilmişdir. 1999-cu ildən Siyəzən rayonunda təhsildə tamamilə yeni bir dövr başlanmışdır. “ Azərbaycan “ Respublikasında təhsil sahəsində İslahat Proqramı "nın təsdiq edilməsi və həyata keçirilməsi rayonda təhsilin bütün sahələrini inkişaf etdirmişdir. Bu dövr ərzində təhsildə hüquqi-normativ bazanın yaradılması , öyrədici innovasiya mərhələsinin başa çatdırılması, ümumi təhsilin kurrikulumlarının hazırlanması və tədrici keçid əsas məqamlardan olmuşdur. Bütün bunların məntiqi nəticəsi kimi , rayonun təhsili daimi inkişafda olmuş , yüksək təhsil nəticələri əldə etmişdir.

Ümumi və tam orta təhsil

Rayonda 25  ümumtəhsil məktəbi vardır. Həmin məktəblərdən 1-i məktəb-lisey,  14-ü tam orta, 6-sı ümumi orta , 1-i inteqrasya təlimli internat tipli ümumi orta və 3-ü isə ibtidai məktəblərdir. 5890 nəfər şagirdin təlim tərbiyəsi ilə 749 nəfər müəllim məşğul olur. Rayonda təhsilə üstün inkişaf etdirilən sahə kimi xüsusi diqqət yetirilir. Rayonun yetirmələri Şimal regionunda (Sumqayıt şəhərindən sonra) ən yüksək nəticələrə malikdir və bu tendensiya ötəri xarakter daşımır. Rayonun istedadlı şagirdləri müxtəlif intellektual və yaradıcı müsabiqələrdə fəal  iştirak edir,  yüksək nəticələr əldə edirlər. Rayon Təhsil Şöbəsi dövlət təhsil siyasətinin əsasını təşkil edən bu işlərin təşkilatçısı, koordinatoru və rəhbəri kimi fəaliyyət göstərir.Ümumi orta təhsil pilləsi əhatə səviyyəsinə və miqyasına görə təhsil sisteminin ən geniş pilləsidir. Təhsilin idarə olunmasının demokratikləşdirilməsi , təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin, yaradıcılıq fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin yüksəldilməsi ümumi təhsilin əsas inkişaf prioritetlərini müəyyən edir. Şagirdlərin təlim-tərbiyəsinin səviyyəsini yüksəltmək, tədris planları və proqramlarının yerinə yetirilməsi, maddi-tədris bazadan məqsədyönlü istifadə edilməsi , məktəblərin və  məktəb rəhbərliyinin , müəllimlərinin, tərbiyəçilərinin yaradıcılıq fəaliyyətinin təmin edilməsi, mövcud nöqsanların aradan qaldırılması orta ümumtəhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdəndir.Rayonda beynəlxalq təcrübəyə uyğun olaraq təhsil sahəsində çalışanlar üçün seminarların, müşavirələrin, konfransların təşkili, humanitar və yerli ictimai təşkilatlarla müvafiq istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi ümumtəhsil sahəsinin dinamik inkişafını təmin edir. Bundan əlavə , ümumi orta təhsil isteminin inkişaf etdirilməsi məqsədilə bir sıra proqram və layihələr hazırlamış və hazırda həyata keçirilməkdədir.

Rayonda 2005-ci ildən sonar 14 yeni məktəb binası tikilmişdir ki, bu da ümumi məktəb fondunun 56% təşkil edir.Yeni məktəb binalarının 7-si son üç ildə tikilmişdir.

2016-ci ildə rayonun iki məktəbində Siyəzən şəhər 1 və 2 saylı tam ora məktəblərdə fənn profile üzrə təmayül sinifər açılmışdır.

Məktəbdənkənar təhsil

Rayonda 2 məktəbdənkənar təhsil, müəssisəsi fəaliyyət göstərir.

Uşaq Gənclər və İdman Məktəbində 2015-2016-cü dərs ilində 282 nəfər  məktəbli idmançı idmanın boks, sərbəst güləş və futbol növləri ilə məşğul olurlar. Məktəbin yetirmələri   bir çox idman   nailiyyətləri əldə    ediblər. Onların   arasında     respublika və Avropa çempionları vardır.

2015-2016-cü dərs ilində 3 nəfər ölkə çempionluğuna , 8 nəfər gümüş, 8 nəfər isə bürünc mükafata layiq görülmüşlər.

Uşaq Yaradıcılıq Mərkəzində 221 nəfər məktəbli müxtəlif yaradıcı dərnəklərdə öz istedadlarının inkişaf etdirirlər. Onların arasında çoxlu sayda zona və Respublika müsabiqələrinin qalibləri və diplomantları vardır.

Uşaq və gənclərin estetik, ekoloji və fiziki tərbiyəsində , onların yaradıcılıq tələbatlarının ödənilməsində, intellektual səviyyəsinin təmin edilməsində , ailə məktəb və ictimaiyyətin qarşılıqlı əlaqələrinin yaradılmasında məktəbdənkənar təhsil xüsusi əhəmiyyətə malikdir.Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin , yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.

Məktəbəqədər təhsil

Rayonda 5 məktəbəqədər təhsil müəssisəsi vardır. Həmin uşaq bağçası və körpələr evində 430 nəfər uşaq məktəbə hazırlanır. Onların təlim-tərbiyəsi ilə 37 nəfər tərbiyəçi müəllim məşqul olur. Maddi sərvətlərin insan  kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Məktəbəqədər təhsilin inkişafı Təhsil  strategiyasında mühüm prioritet təşkil edir.

Siyəzən peşə məktəbi

Siyəzən rayonunda Peşə Təhsili 1980-cı ildən fəaliyyət göstərir. 1980-cı ildən Dəvəçi rayon 110 saylı Texniki Peşə Məktəbinin bir filial Siyəzən şəhərində fəaliyyət göstərmişdir. 1990-cı ildən həmin filial fəaliyyətini dayandırmışdır. 1990-cı ildən 1993-cü ilə kimi rayonun şagirdləri Dəvəçi rayon 17 saylı Texniki Peşə Məktəbinin Siyəzən filialında peşə təhsili almışlar.

Siyəzən rayonunun müstəqil rayon kimi statusunun bərpasından bir il sonar 1993-cü ildə rayonun müstəqil,peşə təhsili müəssəsi, Siyəzən Peşə məktəbi yaradılmışdır.

Siyəzən Peşə Məktəbi müstəqil fəaliyyətə başladığı müddət ərzində “Quşçuluq operatoru”,”Laborant”,”Baytarlıq”,”Elektirk”,”Avto elektirik”, ”Avtomobil çilingəri”, ”Elektirik montyoru”,”Mühasibatlıq” və “Traktorçu –maşinist”tədris qrupları açmaqla rayonda texniki kadrlarla olan ehtiyacı ödəməyə çalışmışdır. Əvvəlki illərdə ümumi orta təhsil bazasından qəbul edilən,şagirdlərə üç il ərzində həm peşə təhsili, həm də tam orta təhsil verilmişdir. Uzun illər məktəbdə 10-12 qrup fəaliyyət göstərmişdir.2015-2016-ci tədris ilindən Siyəzən Peşə məktəbində 4 qrup fəaliyyət göstərir. Ümumi orta təhsil bazasında bir qrup “Quşçuluq operatoru”,tam orta təhsil bazasından isə üç qrup:”Quşçuluq operatoru”,”Laborant” və “Avtomobil çilgəri”qrupları fəaliyyət göstərir. 4 qrupda 118 nəfər peşə təhsili alır. Məktəb əsas vəzifə olaraq rayonun peşə təhsilinə olan təlabatını yüksək peşə hazırlığı oaln təlabatını yüksək peşə hazırlığı olan kadrlarla təmin etməyi rayon üçün  zəruri olan əlavə təhsil qruplarını açmağı peşə təhsili üçün zəruri olan avadanlıqların və texnikanın alınmasını qarşısına məqsəd qoymuşdur.

 

 

114 KB