Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Siyəzən

Sənaye: Siyəzən ölkəmizin sənaye rayonlarındandır. Əsas təbii sərvətləri neft, təbii qaz, qum, çınqıl, gildir. Iqtisadiyyatında mədənçıxarma sənayesi üstünlük təşkil edir, emal sənayesi inkişaf etməkdədir.
Rayonda 5 iri və orta, 8 kiçik sənaye müəssisəsi, fərdi sahibkarlara məxsus 2 un dəyirmanı, çörək və çörək məmulatları sexləri, mebel sexi, plastik profilli məmulat istehsalı sexi fəaliyyət göstərir.
2013-cü ildə fəaliyyəti olan 9 sənaye müəssisi və sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış 28 fərdi sahibkar tərəfindən 11569,7 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcminin 56,5 faizi dövlət mülkiyyətinin, 43,5 faizi xüsusi mülkiyyətin, o cümlədən 1,8 faizi sənaye məhsulu istehsal edən fərdi sahibkarların payına düşür.
2013-cü ildə natural ifadədə 49,3 min ton neft, 9,6 milyon kub metr qaz, 0,7 min dekalitr üzüm spirti, 20,8 min dekalitr şərab, 24,6 min kub metr kərpic, 2907,6 ton bərkimiş proteindən boru və borucuqlar istehsal edilərək istehlakçılara göndərilmişdir.
2013-cü iln axırına sənaye sahəsində çalışanların sayı 1462 nəfər, orta əmək haqqı 678,3 manat təşkil etmişdir.

Kənd təsərrüfatı: Rayon iqtisadiyyatında kənd təsərrüfatı az əhəmiyyət kəsb etmir. 70,3 min hektar rayon ərazisinin 49,6 min hektarını kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 10,2 min hektarını əkin yeri təşkil edir. Kənd təsərrüfatında taxılçılıq və heyvandarlıq əsas yer tutur.
Rayonda 7 kənd təsərrüfatı müəssiəsi, o cümlədən iri quşçuluq təsərrüfatı olan "Siyəzən-Broyler" ASC, 56 fərdi sahibkar təsərrüfatı fəaliyyət göstərir. 2013-cü ildə kənd təsərrüfatı müəssisələrində 1601 nəfər işçi çalışmış və onların orta aylıq əmək haqqı 215,0 manat təşkil etmişdir.
2013-cü ildə rayon üzrə 71439,9 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. İstehsal edilmiş məhsulun 8,0 faizini bitkiçilik, 92,0 faizini hyevandarlıq məhsulları təşkil etmişdir.
2013-cü ildə rayonda 6980 ton taxıl, 34 tonunu qarğıdalı, 152 ton kartof, 1142 ton tərəvəz, 430 ton ərzaq üçün bostan məhsulu 882 ton meyvə, 142 ton üzüm yığılmışdır.
2014-cü ilin əvvəlinə rayonda bəslənən iri buynuzlu mal-qaranın sayı 12348, qoyun və keçilərin sayı 52741 baş təşkil etmişdir. Diri çəkidə 20798,4 ton ət, o cümlədən 18899 ton quş əti, 10765,5 ton süd, 17,7 milyon yumurta, 88,0 ton yun istehsal edilmişdir.
2013-cü ildə kənd təsərrüfatı müəssisələrində 1601 nəfər işçi çalışmış və onların orta aylıq əmək haqqı 215,0 manat təşkil etmişdir.

Siyəzən rayonunun əsas sosail - iqtisadi göstəriciləri

Sosial-iqtisadi göstərilər vahidi 2003-cü il 2013-cü il
 Əhalinin sayı  nəfər  34938 39895
 Ümumi məhsul buraxılışının həcmi  min manat  25495,5  112125,8
 Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi  manat  729,7  2810,5
 Sənaye məhsulunun həcmi  min manat  11056,4 11569,7
 Sənaye məhsulunun qeyri-dövlət bölməsində həcmi  min manat -  5137,7
 Kənd təsərrüfatı məhsulunun həcmi  min manat  11274,8  71439,9
 Tikinti  min manat  280,4 11399,8
 Nəqliyyat  min manat  423,8 986,8
 Rabitə  min manat  115,7 289,7 
 Ticarət  min manat  2344,4 16440,8
 İstifadəyə verilmiş əsas fondlar  min manat   2411,6  20348,5 
 Əsas kapitala yönəldilən investisiyalar, o cümlədən  min manat  2435,9 27582,6
     • Sənaye  min manat  2276,7 17280,7 
     • Kənd təsərrüfatı  min manat - 39,2
     • Tikinti  min manat - -
     • Nəqliyyat  min manat - 3762,7
     • Rabitə  min manat  68,1 66,9
     • Ticarət  min manat - 10,0
     • Sosial sahə  min manat  9,3 1249,6
     • Digər sahələr  min manat  81,8 5173,5
 Əhalinin gəlirləri  min manat  14000,0 89320,4
 Adambaşına düşən gəlirlər  manat  400,7 2251,6 
 Əhalinin xərcləri  min manat  12900,0 71456,0 
 Adambaşına düşən xərclər  manat  372,4 1791,0
 Orta aylıq nominal əmək haqqı  manat  67,2  317,5
 Pərakəndə əmtəə dövriyyəsi  min manat  8682,9  50078,5
 Adambaşına düşən əmtəə dövriyyəsi  manat  248,5 1255,3
 Əhaliyə göstərilən pullu xidmətlərin həcmi  min manat  999,0 12110,0
 Adambaşına düşən xidmətləri  manat  28,6 303,3
 Mənzil fondu  min m2  453,7 513,2
 Adambaşına düşən mənzil fondu  m2  13,0 12,9 
 Rayonun gəlirləri  min manat  1248,0 7484,5
 Rayonun xərcləri  min manat  1247,0  7484,5