Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Xaçmaz

Xaçmaz rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Ötən il rayonda 70160 ton taxıl, 130680 ton tərəvəz, 13424 ton kartof, 1317 ton bostan bitkiləri, 71335 ton meyvə, 5141 ton üzüm istehsal olunmuşdur. Rayonun təsərrüfatlarında 58180 baş iri buynuzlu mal-qara, 96690 baş davar, 311 min baş ev quşları bəslənir.

2003-cü ilə nisbətdə 2010 cu ildə rayonda ümumi məhsul buraxılışı 3,3 dəfə artaraq 300209,9 min manata,sənaye məhsulu 6,9 dəfə artaraq 32300 min manata ,kənd təsərrüfatı məhsulu istehsalı 2 dəfə artaraq 138776,9 min manata,əsas kapitala investisiyalar 12 dəfə artaraq 45729,6 min manata,pərakəndə əmtəə dövriyyəsi 5,2 dəfə artaraq 205939 min manata,pullu xidmətlərin həcmi 8,6 dəfə artaraq 41554,5 min manata çatmışdır..yerli büdcənin gəliləri 912,5 min manatdan 8523,9 manata,xərcləri 4239,7 min manatdan 23717,7 min manata yüksəlmişdir.Bu dövr ərzində adambaşına pul gəlirləri 3,3 dəfə,orta aylıq əmək haqqı 5,5 dəfə artmışdır.2003-2011 ci illərdə rayonda 15337 yeni iş yeri açılmışdırki bunun da 7749-u daimi iş yerləridir.

01 iyul 2011- ci il tarixə olan məlumata görə rayonda ümumi məsul buraxılışı 109,6 milyon manat,sənaye məhsulunun ümumi həcmi 16,9 milyon manat,kənd təsərrüfatı məhsulunun həcmi 30,4 milyon manat təşkil etmişdir.yarım il ərzində pərakəndə əmtəə dövriyyəsi 98,8 milyon manat,pullu xidmətlərin həcmi 19,1 milyon manat,əsas kapitala investisiyalar 30,2 milyon manat olmuşdur.Rayonun təsərrüfatlarında 5269 hektar sahədən 12429 ton taxıl (hər hektardan 23,6 sentner olmaqla),2587 ton kartof, 10008 ton tərəvəz, 1613 ton meyvə yığılmışdır.6 ayda 4114 ton ət (diri çəkidə), 18388 ton süd, 9,6 milyon ədəd yumurta, 174 ton yun istehsal olunmuşdur.