Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

    Quba rayon Mərkəzi Kitabxanası 1932 – ci ildə yaradılmışdır. Bu dövrədək rayonda müxtəlif formalarda qiraətxanalar və kitabxanalar da faəliyyət göstərmişdir. 1978-ci ildən isə rayonda fəaliyyət göstərən kitabxanalar mərkəzləşdirilərək Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi formasında fəaliyyətə başlamışdır.

      MKS-nin tərkibində 83 kitabxana fəaliyyət göstərir ki, həmin kitabxanalardan da  1-i mərkəzi kitabxana, 1-i şəhər kitabxanası, 81-i isə qəsəbə və kənd kitabxana filiallarıdır. Mərkəzi kitabxana metodiki mərkəz olaraq kitabxana işinin təşkilində kitabxana filiallarına və struktur bölmələrə metodiki köməklik göstərir. Mərkəzi kitabxanada altı şöbə fəaliyyət göstərir ki, bunlar da aşağıdakılardır:

1.MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi.

2.Uşaq şöbəsi.

3.Metodika və biblioqrafiya şöbəsi.

4.Komplektləşdirmə və kitabişləmə şöbəsi.

5.Kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.

6.İnformasiya – resurs şöbəsi.

 

Ünvan:
Quba şəh., Heydər Əliyev pr.
Telefon:

(02333) 5-29-24

(02333) 5-27-76

E-mail:

quba.mks@mail.ru