Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Quba rayon Heydər Əliyev Mərkəzi

     Quba rayonu Heydər Əliyev Mərkəzi 25 iyul 2005-ci ildən Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət, onun həyat və fəaliyyətinin, zəngin azərbaycançılıq və dövlətçilik irsinin xalqa, xüsusən gənc nəslə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və xeyir duası ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəaliyyətə başlamışdır.

    23 sentyabr 2011-ci ildə Mərkəz həmin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa edilən dördmərtəbəli, 6500 kv metrdən çox ümumi sahəsi olan Mərkəzə köçmüşdür. Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev iştirak etmişdir.

    Ümummilli liderin irsinin gənc nəsillərə çatdırılması və tədbirlərin keçirilməsi üçün Mərkəzdə tədris sinifləri, o cümlədən ingilis dili və kompüter tədrisi otaqları, 180 nəfərlik böyük konfrans zalı, sinxrafon tərcümə otağı, 50-80 nəfərlik konfrans zalı, 20-40 nəfərlik kiçik konfrans zalı, kitabxana fəaliyyət göstərir. Bundan əlavə Mərkəzdə 3D kino zalı, internet – kafe, xalça və rəsm studiyaları vardır.

     Heydər Əliyev Mərkəzində müntəzəm olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik və azərbaycançılıq məfrukəsinin təbliği ilə əlaqədar silsilə tədbirlər, dəyirmi masalar, elmi-praktik konfranslar, inşa müsabiqələri, ədəbi - bədii tədbirlər və intellektual oyunlar keçirilir. 

Ünvan:
Quba şəh., Heydər Əliyev adına mədəniyyət və istirahət parkı
Telefon:

(02333) 5-07-12

(02333) 5-06-89

E-mail:

qubaheydereliyevmerkezi@gmail.com