Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

    Qusar rayonunda ilk kitabxana  1930-cu ildə yaradılmış və 1978-ci ildə rayonda fəaliyyət göstərən kitabxanaların bazasında Qusar rayon MKS yaradılmış və  hazırda Azərbaycan Respublikasının “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqıda” qanunlarına, Respublika Prezidentinin müvafiq qərar və sərəncamlarına əsaslanaraq fəaliyyət göstərməklə elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini, elektron və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini təşkil edir, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərir.

         Qusar rayon MKS-nə 01.01.2017-ci il tarixə 43 kütləvi kitabxana daxildir . Bunlardan Mərkəzi kitabxana və 1 №-li  şəhər filialı Qusar şəhərində, 2 №-li  qəsəbə filialı Samur qəsəbəsində  və 40 kitabxana filialı isə kəndlərdə fəaliyyət göstərir. Kitabxananın www.gusar.cls.az  veb saytı yaradılmış və fəaliyyət göstərir . 2012-ci ildə Qusar rayon MKS Elektron Kitabxanalar və Yeni İnformasiya  Texnologiyalarının İstifadəçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul edilərək 515 №-li  beynəlxalq sertifikat verilmişdir.

        Kitabxananın xidmətlərindən hər bir kəs şəxsiyyət vəsiqəsini təqdim etməklə ödənişsiz, sərbəst və maneəsis istifadə edə bilər. Kitabxanadan istifadə qaydaları işçilər tərəfindən yerində ətraflı izah olunur.

        2017-ci ilin əvvəlinə MKS-nin kitab  fondu 312444 nüsxə,  oxucuların sayı 22464 nəfər, kitab verlişi 247429 ədəd təşkil etmişdir .

Mərkəzi rayon kitabxanasında müasir tələblərə uyğun əsaslı təmir işləri aparılmış, bütün inventar və avadanlıqlar yeniləri ilə əvəz olunmuş, müasir istilik sistemi quraşdırılaraq istifadə olunur.

Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir.

Xidmət şöbəsi.
Komplektləşdirmə və kitabişləmə şöbəsi.
Metodika və bibliografiya şöbəsi.
Kitabxana-bibliografiya proseslərinin avtomatlaşdırılması şöbəsi.
İnformasiya-resurs şöbəsi.
Uşaq şöbəsi

      Mərkəzi kitabxanada 38 nəfər, filiallarda isə 87 nəfər olmaqla MKS üzrə cəmi 125 nəfər işləyir. Mərkəzi kitabxanada 23 kompyuter və 9 printer quraşdırılmış və bütün kompyuterlərin internetə çıxışı təmin olunmuşdur. Bütün filiallarda kompyuterlər və printerlər quraşdırılmışdır və 22 filial telefonla təchiz olunduğuna görə kompyuterlərin internetə qoşulması həyata keçirilir .

     Mərkəzi kitabxananın iş vaxtı səhər saat 9-dan axşam saat 18-dəkdir. Kitabxana həftənin bütün günləri növbəlilik sistemi üzrə fasiləsiz işləyir.

    Kənd kitabxanaları 6 günlük iş həftəsi olmaqla 7 saatlıq iş günü rejimi ilə işləyirlər və bazar günü istirahət günüdür.

Ünvan:
Qusar şəhəri, Ləzgi Əhməd küçəsi-47
Telefon:

(02338) 5-28-30

(02338) 5-35-81

(02338) 5-35-83

Fax:

(02338) 5-28-30

E-mail:

qusarmks@mail.ru

Url:
www.gusar.cls.az