Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Xaçmaz rayon Heydər Əliyev Mərkəzi

    Heydər  Əliyev  Mərkəzi 10  may  2005-ci  ildə  Ulu ondərimizin  82-ci  ildönümü  ərəfəsində yaradılaraq  tamaşaçıların  ixtiyarına  verilmişdir.

      2016-cı  il 8 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə mərkəzin yeni binasının açılışı həyata keçirilmişdir.  2180 km2 sahəni  əhatə  edən  Mərkəzin  ekspozisiya  sərgi  salonunda  Ulu  öndər  Heydər  Əliyevin  həyat  və  yaradıcılığını   və  Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyevin  rayonumuza  səfərlərini  əks  etdirən  stendlərdən  ibarət  ekpozisiya  sərgi  salonu , müxtəlif  tədbirlərin  keçirilməsi  üçün  300  yerlik  böyük  zal, bir  böyük  və iki  dəyirmi  masa, elektron  kitabxana  otagı,  rəsm  studiyası, kompyüter  otağı  və  digər  xidməti  otaqlardan  ibarətdir.   

       Həmçinin  Mərkəzin  iki  filialı  fəaliyyət  göstərir:

10  may  2005 – ci  ildən   Xudat  şəhər  Heydər  Əliyev  muzeyi ( 110 km2)  və  10  may  2008 – ci  ildən  Yalama  kənd  Heydər  Əliyev  muzeyi(120km2) fəaliyyət  göstərir.

      Ümumilli  lider Heydər  Əliyevin  xatirəsini  özündə  əbədiləşdirən  Mərkəzdə  və  filiallarında  Ulu öndərin  həyat  və  yaradıcılığından, Onun  Azərbaycan  xalqi  qarşısında  göstərdiyi  misilsiz  xidmətlərindən  Mərkəzə  gələn  tamaşaçılara  geniş  və  ətraflı  məlumatlar  verilir. Mərkəzdə həmçinin  müxtəlif  tədbirlər  keçirilir, sərgilər  təşkil  olunur. Orta  məktəb  şagirdlərinə  Ulu öndər  irsinin öyrənilməsi  məqsədi  ilə  açıq  dərslər  keçirilir, mühazirələr  oxunur. Burada  müxtəlif  kurs  və  dərnəklərin  fəaliyyət  göstərməsi  də  nəzərdə  tutulub.

Ünvan:
Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72
Telefon:

(02332) 5-25-93

E-mail:

xacmaz_merkez@mail.ru