Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Gənclərdə vətənpərvərlik ruhunun aşılanması” mövzusunda onlayn tədbir keçirilib

20.07.2020

20 iyul 2020-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Gənclərdə vətənpərvərlik ruhunun aşılanması" mövzusunda onlayn tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev açaraq tədbir iştirakçılarını salamlamışdır. Tədbirdə Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova ,Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrəhmanova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev və Quba Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Şövqiyyə Seyidzadə,bələdçisi-Nuranə Müslümova ,Mərkəzin könüllüsü İlkin Əfəndiyev, Qusar Heydər Əliyev Mərkəzinin bələdçisi Lamiyə Abdullayeva, Xaçmaz Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Aynura Mastanova , Xudat şəhər filialının direktoru Könül Ramazanova, elmi işçisi Samirə Quliyeva,Yalama kənd filialının direktoru Elnurə Xeyirbəyova ,Şabran rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Mehriban Ömərova ,kiçik elmi işçisi Təhminə Əliyeva iştirak etmişdir. Çıxış edənlər son günlər cəbhə bölgəsində gedən döyüşlərdən və bu döyüşlər zamanı qəhrəmanlıq göstərərk şəhid olmuş əsgər və zabitlərimizin şücaətindən danışmışlar. Qeyd olunmuşdur ki, hazırkı dövrdə ölkəmizin bu agır çağlarında gənclərin üzərinə böyük missiya düşür və bu gənclərin milli vətənpərvərlik ruhunda tərbiyələnməsi və maarifləndirilməsi istiqamətində Mərkəzlərin üzərinə müəyyən məsuliyyət düşür. Biz Mərkəz direktorları ideoloji sahəyə rəhbərlik edən bir şəxs kimi bu istiqamətdə bütün bacarığlarımızı səfərbər etməli və üzərimizə düşən funksiyanı layiqincə yerinə yetirməliyik. Məhz belə tədbirlərin həyata keçirilməsi bu istiqamətdə atılan ilk addımlardan biri hesab oluna bilər. Sonda Heydər Əliyev Mərkəzlərinin baş fond mühafizləri və elmi işçiləri çıxış etmişdir.

 

34.8 KB

 

40.1 KB

 

28.3 KB