Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti videokonfransı keçirilib

16.07.2020

16 iyul 2020-ci il tarixində regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Videokonfransda son günlər cəbhə xəttində baş verən hadisələr haqqında danışılıb, erməni təxribatı qətiyyətlə pislənib, xalqımızın daim  Ali Baş Komandan cənab İlham Əliyevə, ordumuza dəstək olduqları xüsusi vurğulanıb. Daha sonra bildirilib ki, müəssisələrdə hərbi vətənpərvərlik mövzusuna xüsusi diqqət yetirilməli, bu istiqamətdə gənclərlər birgə onlayn tədbirlər keçirilməsi, keyfiyyətli videoçarxların hazırlanaraq sosial şəbəkələrdə paylaşılması diqqətə çatdırıldı. Həmçinin sosial yardıma ehtiyacı olanlara diqqət göstərilməsi, Koronavirusla (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi istiqamətində müvafiq tövsiyyə və tapşırıqlar verilmişdir.

 

83.2 KB

 

91.7 KB