Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regionun mədəniyyət müəssisələrinin pandemiya dövründəki fəaliyyətinə həsr edilmiş videokonfrans keçirilib

09.07.2020

9 iyul 2020-ci il tarixində regionun mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş videokonfransda idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr, regionda fəaliyyət göstərən iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin sədrliyi ilə keçirilən videokonfransda mədəniyyət müəssisələrində sanitariya-epidemioloji qaydalara riayət edilməsi, əməkdaşların qrafik əsasında işə çıxmaları, bütün işçilərin, xüsusilədə sərt karantin rejimi elan edilmiş Xaçmaz və Siyəzən rayonlarında çalışan mədəniyyət işçilərinin karantin rejiminin qaydalarına tam riayət edilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulandı. Bildirildi ki, müəssisələrdə mütəmadi olaraq dezinfeksiya işlərinin aparılmasına, əməkdaşların sosial izolyasiya tədbirlərinə əməl etməsinə xüsusi diqqət yetirilməlidir. Həmçinin pandemiya dövründə mədəniyyət müəssisələrinin sosial şəbəkələrdə aktivliyinin artırılması, hazırlanan videoçarxların və onlayn tədbirlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tövsiyyə və tapşırıqlar verildi.

Daha sonra mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə edildi və tapşırıqlar diqqətə çatdırıldı.

 

35.3 KB